Cəmiyyət manset

Elvin İsayev Rusiya vətəndaşlığından məhrum edildi

Sharing is caring!

Söyüşcül bloqer Elvin İsayev Rusiya vətəndaşlığından məhrum edilib.

Bu barədə “Kavkazskiy uzel” nəşri məlumat yayıb.

Polisdən verilən məlumata görə, E.İsayevin pasportu etibarsız hesab edilib. O, Rusiyada qalma rejimini pozmaqda günahkar bilinib və 5 min rubl cərimə olunub. E.İsayev hazırda Leninqrad vilayətindəki Miqrantların müvəqqəti saxlanılma mərkəzindədir və Azərbaycana deportasiya olunmasını gözləyir.

Qeyd edək ki, söyüşcül bloqer E. İsayev uzun müddət müntəzəm olaraq Azərbaycanın tanınmış ictimai və siyasi xadimlərini təhqir edib, həmçinin dövlət qulluqçularına qarşı terror aktlarına çağırıb.

“Fontanka” nəşrinin yazdığına görə, Elvin İsayev Rusiya pasportunu 2001-ci ildə Şimali Osetiyada alıb. 2014-cü ildə o, sənədi rəngi solduğu üçün dəyişdirib. Azərbaycanın pasportundan isə E.İsayev 18 il əvvəl imtina edib.(virtualaz.org)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir