manset Təhsil

BDU-nin kollektivi Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi

Sharing is caring!

Bakı Dövlət Universitetinin (BDU) kollektivi bu ali məktəbin təsis olunmasının 100 illik yubileyi münasibətilə sentyabrın 1-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini еhtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qоyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə güllər düzülüb.

Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir