manset Region

Rusiya ordusu Ermənistanda HƏRƏKƏTƏ KEÇDİ: kütləvi qırğın silahının tətbiqi və…

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının 500-dən çox hərbi qulluqçusu komanda-qərargah təlimləri çərçivəsində öz bazalarını tərk edib və Alagöz yaylaqlarına doğru 100 kilometr məsafədə yürüşə çıxıb.

Bu haqda Cənub hərbi dairəsinin mətbuat xidməti bildirir.

“Rusiyanın Ermənistandakı hərbi bazasının rota taktiki qrupları düşmənin kütləvi qırğın silahı tətbiq etməsi şəraitində Kamxud poliqonundan dağ yolları ilə Alagöz poliqonuna doğru 100 kilometr yürüş ediblər”, – məlumatda deyilir.

Yürüş zamanı hərbçilər pusquya düşərlərsə və ya düşmənin hava hücumuna məruz qalarlarsa özlərini necə aparacaqlarını məşq ediblər. Habelə əsgərlər və zabitlər yol boyu 30-dan çox manəni, o cümlədən minalanmış sahəni, qaya uçqununu, dağılmış yolları, dağ çaylarını və digərlərini dəf ediblər.

Havadan qruplaşmanı “Erebuni” aviabazasında dislokasiya olunmuş Mi-24P və Mi-8MTP vertolyotları müşaiyət edib. Yürüşə 100-dən artıq hərbi texnika da cəlb olunub.

Komanda-qərargah təlimləri Ermənistan ordusu ilə birgə keçirilir. (Virtualaz.org)