manset Siyasət

Prezidentdən Şeyxlə bağlı – Sərəncam

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Allahşükür Paşazadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

XəbərAl.az sərəncamın mətnini təqdim edir:

“Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə Şeyxülislam Allahşükür Paşazadə “Heydər Əliyev” ordeni ilə təltif edilsin”.