manset Sosial

Əhalinin həssas qruplarına dəstək layihəsinin icrasına başlanıldı

Sharing is caring!

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ”Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi“ ictimai birliyi yeni layihəyə start verdi.

XəbərAl.az xəbər.az xəbər verir ki, ”Əhalinin həssas qruplarının Azərbaycanın tarixi və görməli yerlərinə səyahətlərin təşkili” layihəsi 3 ay icra olunacaq.

Layihənin məqsədi həssas qruplara psixoloji dəstək üçün tarixi yerlərə səyahətlərin təşkil edilməsi nəticəsində onların aktivliyinin artırılmasına xidmət edir. Onların cəmiyyətə adaptasiya olunaraq gərəkli fərd olmaları üçün belə tədbirlərin təşkilinə həsr olunur.

Layihə çərçivəsində İsmayıllı, Şamaxı rayonları,Bakı şəhəri və ətrafında olan tarixi yerlərə səyahətlər təşkil olunacaq. Həssas qruplara səyahətlərdə iki dəfə çay süfrəsi veriləcək və bir dəfə isti yeməklə təmin olunacaqlar. ”Əhalinin həssas qruplarının Azərbaycanın tarixi və görməli yerlərinə səyahətlərin təşkili” layihəsinin rəhbəri Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri Şəbnəm Rəfaelqızıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir