Cəmiyyət manset

Bakı Baş Gömrük idarəsində MEBEL MONOPOLİYASI – Sənan rəis Kənan Məmmədovla necə ANLAŞDI

Sharing is caring!

 Baş Gömrük İdarəsində sahibkarların sıxışdırılması, onlardan qanunsuz ödənişlər tələb olunması adi hala çevrilib. Belə bir vəziyyət adıçəkilən idarəyə yeni rəhbərliyin gəlişindən, konkret olaraq Kənan Məmmədovun Bakı Baş Gömrük İdarəsinə rəis təyinatından sonra yaranmağa başlayıb.

XəbərAl.az GUNinfo.az-a istinadən bildirir ki, Bakı Baş Gömrük İdarəsində hazırda vəziyyət belədir ki, sahibkarın ölkəyə gətirdiyi mallın dəyəri ilə bağlı ona təqdim olunan gömrük bəyannaməsinə malın real qiymətindən dəfələrlə çox məbləğ yazılır. Bu isə o deməkdir ki, sahibkar bu səbəbdən daha çox rüsum ödəməlidir.

Sahibkarların bildirdiyinə görə, gömrük bəyannamələrində qiymətlər bir qayda olaraq qələmlə deyil, sonradan pozaraq üzərində dəyişiklik etmək asan olsun deyə karandaşla yazılır. Bu isə Bakı Baş Gömrük İdarəsində idarəçiliyin, sahibkarlarla qurulmuş işin hansı səviyyədə olması haqda ilkin təəssürat yaradır.

Beləki, qanunsuz həyata keçirilən səbəblər var ki, shibkarlarla gömrükçülər arasında ciddi narazılıqlar yaranır. Bu halların ən ciddisi monapolistlərdir. Çünki bu monopolistlər birbaşa Bakı Baş Gömrük İdarəsinin rəhbəri Kənan Məmmədovdan güc aldığı deyilir. İddialara görə gömrükdə Sənan adlı mebil monopolisti peyda olub. Kimsə xaricdən evinə mebil alıb gətirərsə Sənanın icazəsi olmadan gömrükdən keçirilə bilməz. Bu ixtiyarıda Sənana yaxın dostu Bakı Baş Gömrük İdarəsinin rəhbəri Kənan Məmmədovun verdiyi deyilir.
Bakı Baş Gömrük idarəsində MEBEL MONOPOLİYASI - Sənan rəis Kənan Məmmədovla neçə ANLAŞDI
Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin yeni rəisi Kənan Məmmədovdur və o bundan əvvəl DGK-nın Tovuz Gömrük İdarəsinin rəisi olub. O 16 milyon manat yeyintidə ittiham olunub. Amma çox keçmədən Kənan Məmmədova həmin yeyinti ilə açılan cinayət işi ört, basdır edilib.

Mövzuyla bağlı araşdırmalar davam etdir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

XəbərAl.az. Mirismayıl Xələfi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir