Cəmiyyət manset

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirib-FOTOLAR

Sharing is caring!

 

XəbərAl.az xəbər verir ki,Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə sakinlərin müraciətlərini dinləmişdir. Qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev iştirak etmişdir.

Ak.MirQasımov, A.Əliyev, S.Rəhman H.Seyidzadə, Ə.Qasımzadə, küçəsi ərazilərində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda müraciətlər etmişlər.

Sakinlərdən Səlimov Namiq, Abdullayev İsmayıl, Dünyamalıyev Hüseyn, Allahverdiyev Zakir, Məhərrəmov Ədalət, İmanov Əsədulla, Dilənova Yamən, Hacıyeva Nuridə, Quliyeva Zümrüd və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən həyətlərin abadlaşdırılması, liftlərin təmiri, məişət tullantıları yerinin dəyişdirilməsi, asfalt örtüyünün təmiri, su xətlərinin çəkilişi, yaşıllıqların suvarılması, damlardakı su çənlərinin yığışdırılması, avtomobillərin həyətdə hərəkəti barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.

Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur. Ölkə başçısının əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlarının həyata keçirilməsi istiqamətində görülən işlər xüsusi vurğulanmışdır.

Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, “Bizim həyət” layihələri çərçivəsində görülən işlərə görə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məsələlər barədə söhbət aparılmışdır.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.