Cəmiyyət manset

Müqəddəs Qurban Bayramı Nəsimi rayonunda qeyd olunmuşdur

Sharing is caring!

Müqəddəs bayram günlərində hər bir imkanlı müəslman öz xeyirxah əməlləri ilə ehtiyacı olan insanlara yardımlar edir, onlara kəsdikləri qurbanlardan pay göndərirlər.

XeberAl.az xəbər verir ki,Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə qurbanlar kəsilməsi və rayonda yaşayan az təminatlı ailələrə paylanılması münasibətilə silsilə tədbirlər təşkil olunub.

Rayon Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, «Qızıl Aypara», Çernobıl əlilləri, 20 Yanvar cəmiyyətlərinin, ərazidə fəaliyyət göstərən digər ictimai birliklərin rayon şöbələrinin rəhbərlərinin və üzvlərinin, sosial qayğıya ehtiyacı olan rayon sakinlərinin, rayonda məskunlaşmış məcburi köçkün ailələrinin iştirakı ilə təşkil olunan mərasimə toplaşanları Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik edərək bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa köməklik edilməsinin əhəmiyyətini qeyd etmişdir. Asif Əsgərov çıxışına davam edərək ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın Ulu öndər Heydər Əliyev tərəfindən təməlinin qoyulduğunu və bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirdiyini vurğulamış, ölkə başçısının apardığı siyasət nəticəsində Azərbaycanda tolerantlıq ənənələrinin daha da möhkəmlənməsindən, bir çox məscid və dini ibadət yerlərinin əsaslı təmir olunmasından danışaraq Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunmasının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu bildirdi.

Çıxışına davam edən natiq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın azərbaycançılıq naminə, milli, mənəvi irsimizin qorunması istiqamətində, ölkə daxilində və xaricində uğurlu fəaliyyətini qeyd edərək, milli-mənəvi dəyərlərimizə göstərilən dövlət qayğısı barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. Qeyd olundu ki, Ümumilli lider, Ulu öndər Heydər Əliyevin adını daşıyan Fond yarandığı vaxtdan bü günə kimi milli-mənəvi dəyərlərimizin qorunmasına xüsusi önəm verir.

Tədbirdə iştirak edənlər sosial qayğıya ehtiyacı olan ailələrə dövlət tərəfindən göstərilən qayğıya görə Azərbaycanın bu günkü sabitliyi, inkişafı və qüdrətlənməsi yolunda yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Tədbirin sonunda iki mindən artıq ailəyə qurban payları verildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir