Ucar Pambıq Zavodunun direktoru Şaban Səmədovun oğlu Şəhriyar Səmədov barədə qalmallı məlumatlar yayılıb.
“Facebook” sosial şəbəkəsində istifadəçilərdən biri yazıb ki, guya Ş.Səmədov B.Əyyubovun dünya çempionu Rafael Ağayevlə olan şəklini montaj edib idmançının yerinə öz fotosunu yerləşdirib.
İddiaya görə, o bu üsulla B.Əyyubovla yaxın əlaqələrinin olduğunu bildirmək və fotodan xüsusi məqsədlə istifadə etmək istəyir.