Cəmiyyət manset

“Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzindən növbəti yenilik

Sharing is caring!

Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq “Loqos”un Xalqlar filialı tərkibində “Günərzi Qayğı Mərkəzi” fəaliyyətə başlayır.Mərkəzin yaradılmasında əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların asudə vaxtlarının səmərəli dəyərləndirilməsi və onların cəmiyyətə inteqrasiyasının təmin edilməsidir.

XeberAl.az xəbər  verir ki,”Günərzi Qayğı Mərkəzi” fəaliyyəti zamanı, dərslər gündə 4 saat olmaqla 2 növbəli sistem əsasında həftədə 3 gün keçiriləcək. Qrup halında xüsusi proqram əsasında keçirilən oyun terapiyası, qrup terapiyası,musiqi terapiyası və müalicəvi idmanla yanaşı uşaqlara fərdi olaraq psixoloq(45 dəqiqə), psixopedaqoq(45 dəqiqə), loqoped (30 dəqiqə) məşğələləridə keçiriləcək. Uşaqlar yaş, xüsusi test nəticəsində əldə edilən səviyyələrə və xüsusi patalogiyalara (yüngül əqligerilik, autizm əlamətləri, spektral pozuntular, nitq ləngiməsi və nitq geriliyi) əsasən qruplara bölünəcəklər. Hər bir qrupda 1-i qrup rəhbəri psixoloq olmaqla 4 mütəxəssis fəaliyyət göstərəcək.

Məlumat üçün bildiririk ki, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır.

İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zamanda gərəkli olduğunu təsdiqləmiş, intellektual-maarifçi fəaliyyəti ilə əhali arasında tanınmışdır. Hazırda Mərkəz respublika ərazisində psixoloji, psixopedaqoji, loqopedik sahələrdə yüksək səviyyəli kompleks iş aparır.

“Loqos”un Bakı şəhərində 5, regionlar üzrə Gəncə, Lənkəran, Xaçmaz və Bərdədə filialları xidmət göstərir.

Eyni zamanda bizim təsisçiliyimizlə 2016-cı ilin yanvar ayında Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi (PXTİB) yaradılmışdır. İndiyə qədər “Loqos” və Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi müştərək qaydada bir sıra yerli və beynəlxalq layihələr həyata keçirmişlər.

Əziz valideynlər, “Loqos” PNİM hər zaman sizin xidmətinizdir. Nəzərə alın ki,qayğılarınızı azaldacaq “Günərzi qayğı mərkəzi” sizin qarşınızda geniş imkanlar açır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir