manset Siyasət

Paşinyan erməniləri açıq-aşkar ələ saldı – Şərh

Sharing is caring!

Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa gəlişi və Xankəndidə söylədiyi “Artsax Ermənistandır” açıqlaması sözsüz ki, əsəblərimizə toxunur. Ancaq Paşinyanın çıxışının tam mətni ilə tanış olduqda onun erməniləri açıq-aşkar ələ saldığı görünür.

XeberAl.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan Xankəndidə deyib:

– 2050-ci il üçün Ermənistanın əhalisini 5 milyon nəfərə çatdırmalıyıq

– Ermənistanda 1,5 milyon iş yeri yaratmalıyıq

– Ermənistanın ümum daxili məhsulunu 15 dəfə artırmalıyıq

– Ermənistanda 5 texnoloji şirkət yaratmaqla 10 milyard dollar gəlir əldə etməliyik

– Ermənistanda orta aylıq əmək haqqını 7 dəfə, səhiyyənin maliyyələşdirməsini 20 dəfə artırmalıyıq

– Ermənistana hər il 15 milyon turistin gəlişini təmin etməliyik

– Ermənistan futbol üzrə dünya çempionu olmalıdır.

Elxan Şahinoğlu qeyd edib ki, Nikol Paşinyan sonuncu istəyi ilə lap gül vurub:

“Bütün bunları bir gün əvvəl “Feysbuk”da “Ermənistanda heç bir problemi həll etmək mümkün deyil. Dövlət strukturları iflic vəziyyətdədir və bunda keçmiş hakimiyyət günahkardır. Dövlətimiz uğursluğa düçar olub” yazan şəxs deyir. Avqustun 5-də etdiyi çıxışında ermənilərlə məzələnən Nikol Paşinyan bir gün əvvəlki statusunda daha ciddi idi. Yeganə uğurları torpaqlarımızı 25 ildir işğal altında saxlamalarıdır ki, bu yeganə uğurlarını da uğursuzluğa çevirməyi sürətləndirməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir