Cəmiyyət manset

“Gənc Heydərçilər” yay istirahət düşərgəsində məktəblilər üçün maraqlı tədbirlər keçirilir

Sharing is caring!

“Gənc Heydərçilər” yay istirahət düşərgəsində məktəblilər üçün maraqlı tədbirlər keçirilir

XeberAl.az xəbər verir ki,Nəsimi rayon İcra Hakimiyyətinin Müdafiə Nazirliyi ilə birgə layihəsi olan “Gənc Heydərçilər” yay istirahət düşərgəsində məktəblilərin istirahətləri üçün maraqlı və yaddaqalan tədbirlər təşkil edilmişdir. Düşərgədə idman yarışları, mədəni-tarixi yerlərə ekskursiyalar təşkil edilmiş, uşaqlar arasında futbol, voleybol, şahmat, dama və digər idman yarışları keçirilmiş, qaliblər müəyyən edilmişdir. “Gənc Heydərçilər” həmçinin intellektual yarışlarda da öz biliklərini sınamışlar. Keçirilən bilik və idman yarışları düşərgədə uşaqların istirahətini daha maraqlı və yaddaqalan etmişdir.

Düşərgə iştirakçılarının Qusar və Xaçmaz rayonlarına, o cümlədən Şahdağ Qış – Yay Turizm Kompleksinə, Quba şəhərində yaradılmış “Soyqırım Memorial Kompleksi”-nə ekskursiyaları da təşkil edilmişdir. Aparılan ekskursiyalar və gəzintilər düşərgə uşaqlarının dünyagörüşünün artmasına, onların Azərbaycanın tarixi və mədəniyyəti haqqında biliklərinin artmasına xidmət etmişdir.

Düşərgədə məktəblilər üçün maraqlı konsert proqramı da təşkil edilmişdir. Konsertdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin istedadlı tələbələri vətənpərvərlik mövzusunda mahnılar ifa etmişlər.

Həmçinin məktəblilərin Qubanın yaşıl meşələrinə də maraqlı gəzintiləri təşkil edilimişdir. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Qubanın Qəçrəş kəndində məktəblilər üçün əyləncəli tədbir- samovar çayı, dadlı şirniyyat süfrəsi təşkil edilmişdir. Məktəblilərin istirahətləri milli rəqslərimizlə davam etmişdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir