Cəmiyyət manset

Aldadılan xanım Daxili İşlər naziri general Vilayət Eyvazova məktub ünvanladı

Sharing is caring!

Azərbaycan Respublikası Daxili İşlər naziri Cənab Vilayət Eyvazova:

Yazıb Sizə bildirmək istəyirəm ki, mənim oğlumun işini düzəltmək üçün Əliyev Rasim Qüdrət oğlu məndən 27.000 manat alıb. Aslanov Şərif Ramazan oğlunun vasitəsi ilə Əliyev Rasim hissə-hissə pulu alaraq mənim oğluma yox, kürəkəni İbrahimov Alim Əlisahib oğluna yəni Alimin şikayətçilərinə verib. Mən Sabunçu rayon Polis İdarəsinə şikayət etdim. İş verildi müstəntiq Muxtar Arif oğlu Muxtarova. Baş müstəntiq Hikmət Vəliyev və müstəntiq Muxtar Muxtarov əlibir olaraq mənim kimi yaşlı qadına oyun oynadılar. İstintaq zamanı müstəntiq Şərifdən soruşdu. Bu qadından pul almısan? Bəli mən bu xaladan pul almışam, gətirib Rasimə vermişəm. Hətta Şirvan şəhərinə taksilə 5000 manat göndərdim. Zəng etdi ki, pulu almışam bulvarın kənarında öz maşınımda 6000 manat verdim Rasimə, kürəkəni Alimin qardaşı Baxışın yanında. Sonra bir dəfə Rasim və Baxış mənim maşınıma oturub getdik Xətai rayon Polis İdarəsinin yanına oradada İbrahim Fikrət Vəli oğluna 8000 manat verdim. Rasim bele deyir amma Alimin qardaşı 10000 manat verdik deyir. Aslanov Şərif Ramazan oğlu müstəntiq Muxtarov Muxtara baş müstəntiq Hikmət Vəliyevə deyir ki, Tutu xalanın pullarının hamısını verdim Əliyev Rasimə. Müstəntiq Muxtarov Muxtar deyir ki, Rasim nə vicdansız adamdır . Bu yaşlı qadını aldadıb pulunu alıb, oğlunu azadlığa çıxarmayıb. Bir müddət sonra müstəntiq Muxtar Muxtarov və baş müstəntiq Hikmət Vəliyev mənə qarşı dələduzluq etməyə və məni ələ salmağa başladılar. Mən Sabunçu rayon Polis İdarəsinin müstəntiqi Muxtara deyirəm ki, Rasim və Şərifə cinayət işi açılsın. Muxtar ilə Hikmət mənə deyirlər ki, gözdə. Yalandan deyirlər ki, Rasim sənə pul gətirir. Muxtar ilə Hikmət bu işin qarşılığında Rasimdən pul alıb cinayət işini Rasimin kürəkəni Alimin üstünə yıxıblar. Bu adam həbsdədir. Mən ona necə aparıb pul verə bilərəm. Mənim pulumu alan Rasim və Şərifdir. Hikmət ilə Muxtar Rasimi mənim qarşımda saxlayıb deyirlər. Əvvəl Rasimi Muxtar və Hikmət otaqdan çıxarıb çöldə danışırdı. Muxtar və Hikmət Rasimi içəri çağırıb dedilər ki, Rasim get sənə bir həftə vaxt veririk bu qadına yaşlı anaya 10000 manat gətir ver. O gündən Rasim və Şərif bir daha polis idarəsinə gəlmədi. Sabunçu rayon Polis İdarəsinin baş müstəntiq Hikmət Vəliyev və müstəntiq Muxtar Muxtarov Rasimin və Şərifin arxasında durub havadarlıq edir. Mən yuxarı orqanlarda DİN-nin naziri Cənab Vilayət Eyvazova və Azərbaycan Respublikası Baş Prokuroru Cənab Zakir Qaralovdan və Sabunçu rayon Polis İdarəsinin rəisi Eldar İlyasovdan xahiş edirəm ki, bir yaşlı ana kimi mənim bu işimin düzgün baxılmasına nəzarət edəsiniz. Sabunçu rayon Polis İdarəsinin baş müstəntiq Hikmət Vəliyev və müstəntiq Muxtar Arif oğlu Muxtarov mənim işimə düzgün baxmayıblar.

Sağ olun. Abbasova Tutu

Əliyev Rasim Qüdrət oğlu (070) 238 98 82 Aslanov Şərif Ramazan oğlu (055) 203 45 06.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir