manset

“Vesta Construction” şirkəti vətəndaşları və aidiyyatı qurumları necə aldatmaq istədi? – ŞOK FAKTLAR

Sharing is caring!

Xəbəral.az saytı xəbər verir ki, bir neçə gün öncə mətbuatda “Vesta Construction” Şirkətinin Tikdiyi Bina Uçur: “ARXAMIZDA NİZAMİ RİH DAYANIR” başlığı altında tənqidi yazılar dərc edilmişdi.

Sözügedən yazını olduğu kimi sizlərə təqdim edirik:

Xəbəral.az xəbər verir ki, bu barədə “Vesta construction” şirkətinin “MY HOME” layihəsi üzrə Nizami rayonu, Şirin Mirzəyev 38 ünvanda tikilən binanın sakinləri deyiblər.

Xəbəral.az xəbər verir ki, 2019-cu ildə tam təhvil verilməli olan bina yarımçıq qalıb: “Biz artıq binada yaşayırıq, həyətimiz təhvil verilməliyib. Kran həyəti tutub, işləmir, sökülmür. Bina sakinləri həyətin olmadığını, əksinə, təhlükəli olduğunu qeyd ediblər. Burada hər an dəhşətli faciə baş verəbilər. Nizami Rayon İcra Hakimiyyəti isə məsələyə biganə qalır. Baxmayaraq ki, bu pilot layihədir, məsuliyyət ən yüksək səviyyədə olmalıdır, nəticə yoxdur. Fotolardan da göründüyü kimi bloklar bərbad vəziyyətdədir. Tavanlar çatlayıb, divarlar uçur, hər an insanların üzərinə aşa bilər. Dəfələrlə Nizami Rayon İcra Hakimiyyətinə müraciət etsək də nəticəsi olmayıb, elə şirkət təmsilçiləri də icra başçısına arxalandıqlarını deyirlər.”
Məlumat üçün qeyd edək ki, “Vesta construction” şirkətinin “MY HOME” layihəsi üzrə Nizami rayonu, Şirin Mirzəyev 38 ünvanda tikilən binanın sahibi Ceyhun adlı şəxs olsa da, şirkəti sürücüsü Zeynal adlı şəxsin adına rəsmiləşdirib. Bu faktın özü artıq qaranlıq məqamlardan xəbər verir.
Qarşı tərəflin rəsmi saytına olan əlaqə vasitələrlə münasibət öyrənməyə çalışsaq da, nəticəsiz qalıb. Şirkətin mövqeyini də dərc etməyə hazırıq.7NEWS.az

Nəzərinizə çatdıraq ki, “Vesta Construction” Şirkəti barədə mətbuatda gedən faktlara əsaslanan yazılardan canlarını qurtarmaq üçün öz canlarını qurtamaq üçün, Xəbəral.az saytı da yazını dərc etdiyindən, saytımızın email adresinə təkzib xarakterli matreallar göndərilir.

Xəbəral.az saytı olaraq, öncə istədik emailə gələn yazını dərc edək. Amma sonradan düşündük ki, vətəndaşların haqlı narazılığının qınaq hədəfinə çevrilərik. Əslində şirkət vətəndaşların problemlərini həll etmək əvəzinə, özlərini bu yolla quruya çıxartmaq istəyirlər.

Belə başa düşülür ki, “Vesta Construction” Şirkəti özləri üçün bu cür asan yolla Nizami rayon icra başçısı Coşqun  Cəbrayılovu və aidiyyatı qurumları da aldatmaq istəyirlər.

Xəbəral.az saytı olaraq, çalışdıq ki, tənqidi yazı ilə bağlı, “Vesta Construction” şirkətinin əlaqə ünvanında ki, nömrələri ilə zəng edib, sözügedən ərazidə şirkət rəsmiləri, vətəndaşlarla birlikdə çəkiliş edib, məsləyə aydınlıq gətirib, məqalə dərc etməkdir.Lakin cəhtlərimiz boşa çıxdı, şirkətin əlaqə tablosunda göstərilən nömrələrin heç biri işləmədi.

Mövzuya qayıdacağıq…

Qarşı tərəfin mövqe haqqını tanıyırıq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.