Cəmiyyət manset

Snayperlərimiz beynəlxalq yarışa hazırlaşır

Sharing is caring!

“Beynəlxalq Ordu Oyunları – 2019” yarışları çərçivəsində keçiriləcək “Snayper həddi” müsabiqəsində iştirak edən snayperlərimiz atışların sıxlığı və sərrastlığına nail olmaq məqsədilə silahlardan sınaq atışları yerinə yetiriblər.

Müdafiə Nazirliyindən XeberAl.az-a verilən məlumata görə, müsabiqəyə hazırlıq dövründə komandalar yarışların xüsusiyyətləri, keçirilmə şərtləri, atəş və döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilmə hədləri, eləcə də poliqonun maddi-texniki bazası ilə tanış olublar.

Püşkatmanın nəticələrinə əsasən 21 ölkədən olan nümayəndələrin iştirakı ilə keçiriləcək müsabiqədə iştirak etmək üçün snayperlər tibbi yoxlamadan keçib və təhlükəsizlik qaydaları ilə tanış olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir