Cəmiyyət manset

UNESKO-nun baş direktoru Azərbaycana təşəkkür etdi

Sharing is caring!

UNESKO-nun baş direktoru Odre Azule Azərbaycan hökumətinə Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının keçirilməsi ilə bağlı təşəkkür məktubu göndərib.

Mədəniyyət Nazirliyindən XeberAl.az-a verilən məlumata görə, məktubda Azərbaycanın UNESKO-nun bu nüfuzlu tədbirinə yüksək səviyyədə ev sahiblik etdiyi bildirilib və Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıq prosesi, sessiyanın təşkili, iclasların effektiv idarə edilməsinə görə minnətdarlıq ifadə olunub.

Baş direktor Bakıya səfəri zamanı Qobustan qoruğunu ziyarət etməkdən zövq aldığını da xüsusi qeyd edib:

“Mən şəxsən Qobustanın timsalında Azərbaycanın zəngin mədəni irsini kəşf etməkdən, Azərbaycan Hökumətinin və Mədəniyyət Nazirliyinin bu məkanın qorunub saxlanılmasında, təbliğində nümayiş etdirdiyi səylərə şahidlik etməkdən xüsusilə məmnun oldum”.

Məktubda həmçinin Azərbaycan Respublikasının Mədəniyyət naziri 19 noyabr 2019-cu il tarixində UNESKO tərəfindən təşkil olunacaq Ümumi Konfransın 40-cı sessiyası öncəsi Mədəniyyət Nazirləri Forumunda iştiraka dəvət olunub.

Baş direktorun məktubu bu fikirlərlə bitir: “Mən Bakını UNESKO və Azərbaycan arasında dinamik inkişaf edən münasibətlər fonunda tərk etdim və bu, məni çox məmnun etdi. Bir daha əmin oldum ki, Sizin dəstəyinizə daim etimad edə bilərəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir