manset

ARKİ – nin mətbuat xidməti jurnalistləri aldatmaq istədi: Pərt oldu – VİDEO + FOTO

Sharing is caring!

Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında yaradılan qanunsuz parkinq Prezident İlham Əliyevin tapşırığına əsasən sökülür.

Xəbəral.az xəbər verir ki, “Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, artıq sözügedən əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) texnika və canlı qüvvəsi cəlb olunub.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumata əsasən, həmin parkinq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb.

Həmin parkinqin salınması zamanı ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb. Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib. 

***

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) mətbuat xidmətinin rəhbəri Əli Vəliyev hadisə yerində jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, qurum tərəfindən ərazidə olan ağacla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məktubla müraciət edilib: “Nazirliyin Dövlət Ekoloji Ekspertiza Agentliyi gəlib baxış keçirib. Nazirlik və Nəsimi Rayon Bələdiyyəsi tərəfindən rəy verilib ki, buradakı ağac quruyub, insanlar üçün təhlükə yaradır. Küləkli hava şəraitində aşa bilər. Ekspertizanın rəyindən sonra ağac kəsilib. Biz ağac kəsməmişik. Ağacı dövlətin müvafiq qurumları kəsib. Parklanma yeri ittifaq tərəfindən yaradılmayıb”.

***

Əli Vəliyev bir müddət əvvəl sözügedən parkinqlə bağlı paylaşımına da münasibət bildirib. O, statusunda bu təşəbbüsün ona məxsus olduğunu bildirsə də, indi həmin açıqlamasını təkzib edib:

“Mən necə təşəbbüs göstərə bilərəm? Ola bilər, səhv etmişəm. Mətbuat katibi təşəbbüs göstərib parkinq yarada bilərmi?. Mən sadəcə öz maşınımı paylaşmışam”.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir