manset

Ermənistan xəbərdarlıqdan nəticə çıxarmalıdır

Sharing is caring!

Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 12-də cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə də siyasi, sosial-iqtisadi sahələrdə dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən tədbirlər barədə ətraflı söhbət getdi. Müşavirədə ölkə başçısı son dövrdə baş vermiş hadisələri, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın inkişafı, postmüharibə dövründə yaranmış reallıqlar, həmçinin ölkə iqtisadiyatının inkişafı barədə məlumat verdi. Dövlət başçısı Ermənistana da mesajlarını göndərdi. Prezident bildirdi ki, artıq müharibə sona çatıb. İşğaldan azad edil¬miş ərazilərdə yenidənqurma, bərpa-quruculuq işlərinə start verilib. Ermənistan və onun havadarları bu işlərə mane ola bilməzlər. Ermənistan bu vaxta qədər soydaşlarımıza qarşı çoxlu sayda terror aktları, qətliamlar, soyqırımıları törədib. Bunun cavabı verilib, bundan sonra da veriləcəkdir. Düşmən başı üzərində daim “dəmir yumruğ”u görməlidir.
Dövlət başçısı bir daha qeyd etdi ki, Ermənistan üzərindəki tarixi Qələbədən sonra artıq Cənubi Qafqazda yeni real¬lıqlar yaranıb. Bu reallıqlar beynəlxalq aləmdə də qəbul edilir. Dövlət başçımızın da qeyd etdiyi kimi, biz qarşı¬mıza qoyduğumuz məqsədə çatmaq üçün bütün imkanlar¬dan istifadə edəcəyik. Artıq bu işlərə start verilib. Həmin işlərin bir hissəsi 2021- ci ildə, bir hisəsi isə bu ilin üç ayı ərzində həyata keçirilib. Indi Ermənistan ölkəmizin irəli sürdüyü təkliflərlə razı¬laşmaq məcburiyyətindədir. Bu yaxınlarda Brüsseldə keçirilən üçtərəfli görüşdə də Ermənistan Azərbaycanın irəli sürdüyü 5 baza prinsipini qeyd-şərtsiz qəbul etdi. İşğalçı ölkə bu gün düşdüyü acına¬caqlı vəziyyətdən çıxması üçün həmin təkliflərlərlə razı¬laşmaqdan başqa, ayrı çıxış yolu yoxdur.
Dövlət başçımız hazır¬da Qarabağda aparılan abadlıq-quruculuq işlərindən də danışdı. Bildirdi ki, 100 kilometr uzunluğu olan Horadiz – Ağbənd dəmir yolunun 60 kilometri artıq hazırdır. Bundan savayı, dörd və altızolaqlı avtomobil yolu da çəkilir. Ermənistan bizim planlarımızı poza bilməz. Əgər Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci növbədə, 10 no-yabr Bəyannaməsini pozmuş olacaq. Prezident Ermənistana mesaj göndərərək söylədi ki, əgər bu ölkə öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq. Onlar bunu bilməlidirlər, vaxtı uzatmamalıdırlar. Onsuz da biz istədiyimizə gec-tez nail olacağıq. Biz sadə Azərbaycan vətəndaşları əminik ki, məhz belə də olacaqdır, istənilən erməni təxribatı layiqli cavabını alacaq. Hafiz Cavadov, YAP Cəlilabad RT sədr müavini

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir