manset

MİLLƏT VƏKİLİ ADİL ƏLİYEV “N”SAYLI HƏRBİ HİSSƏDƏ

Sharing is caring!

Yenə də qürür verici bir  gün yaşadıq. Hər zaman olduğu kimi Azərbaycan  ordusununu əsgər və zabitləri ilə görüşmək  sevincini və həyəcanını yaşamaq nəsibimiz oldu.Millət vəkili Adil Əliyev qəlbində Vətən sevgisi  olanları ətrafına cəm edərək  bir araya topladı.  Adil Əliyevin təşkilatçılığı və təşəbbüsü ilə “N” saylı hərbi hissədə Şəhidimiz gizir Orxan Həmidov  haqqında çəkilmiş sənədli filmin təqdimatı keçirildi. Onuda qeyd etmək istəyirəm ki,  şəhid Orxan Həmidov haqqında çəkilən sənədli film məhz Adil Əliyevin təşəbbüsü ilə çəkilərək bütün şəhidlərə ittihaf edilir.
Bu filmin məhz gizirin xidmət etdiyi hərbi hissədə nümayiş etdirilməsi xidmət edən əsgər və zabitlərə böyük bir qürur hissi yaşatdı.
Adil Əliyev Şəhid gizir Orxan Həmidovun  anası Tamella xanımın  arzusunun həyata keçməsini təmin etdi.  Filmin Bakıda  təqdimatı keçirilən zaman gizir Orxan Həmidovun anası oğlunun xidmət etdiyi hərbi hissədə filmin  göstərilməsini istəmişdi. Məhz hərbi hissədə bu filmi izləmək  iştirakçılara  duyğusal anlar yaşatdı.

P.S. Hər zaman işi ilə öndə olan Millət Vəkillərindən biri kimi  tanıdım Adil Əliyevi.
O, hər zaman olduğu kimi  həm Fizulinin Qaramanlı kəndində körpə Zəhra balamızın  və nənəsinin il dönümündə və igid əsgərlərimizi ziyarət etdi.
Çalışmaqdan yorulmayan Vətənə xidmətini işi ilə göstərən Millət vəkilləri barmaqla sayılacaq qədərdir.  Hər bir azərbaycan vətəndaşı söz ilə deyil- əməli, sevgisi ilə sədaqətini sübut etməlidir.
O, məhz bu cəhətləri özündə cəm edən insanlardan biridir.
Adil Əliyev xalqın sevgisini qazanan, xalqın içində olan millət vəkillərindəndir.
Tədbirdə: Azərbaycan  boks federasiyasının idmançıları, şəhid ailələri, Qazilərimiz, incəsənət xadimi Zaur….. və media nümayəndələrindən Elnur Eltürk və  Djb.az- ın rəhbəri iştirak edirdilər.

Almaz İlahə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir