manset

“Diplomatiya Akademiyası” layihəsinin iştirakçıları ASAN Xidmətdə olublar.

Sharing is caring!

Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi tərəfindən başlanan “Diplomatiya Akademiyası” layihəsinin iştirakçıları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində olublar.
Gəncləri 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Vətəndaşların Qəbulu İşinin Təşkili Sektorunda Könüllülər üzrə məsul şəxs Şükür Məmmədov qarşılayıb və gənclərə ASAN Ximət haqqqında geniş məlumat verib. Ekskursiya çərçivəsində gənclər ASAN Xidmətin iş fəaliyyəti ilə tanış olublar.
Sonra 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin direktoru Labidə Batıyeva gənclər ilə görüşüb və ASAN Xidmətin könüllük proqramı haqqında geniş məlumat veribdir.
Daha sonra Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi “Gənclərlə iş şöbəsi” nin rəhbəri Həlimə Tağıyeva PXTM-nin fəaliyyəti və “Diplomatiya Akademiyası” layihəsi haqqında ətraflı məlumat veribdir.
Sonra gənclərin sualları cavablandırılıb və ekskursiya xoş anlarla yekunlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir