manset

Zakir Həsənov Belarusa gedəcək

Sharing is caring!

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə iyulun 2-də Minsk şəhərinə yola düşəcək.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Belarusun alman-faşist işğalçılarından azad olunmasının 75-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbirlərdə iştirak edəcək.

Müdafiə nazirinin bu ölkənin hərbi-siyasi rəhbərliyi ilə görüşləri və Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin ailə üzvlərini ziyarət etməsi nəzərdə tutulub.

Qeyd olunub ki, iyulun 3-də Minsk şəhərində keçiriləcək hərbi paradda Azərbaycan Ordusunun hərbi qulluqçuları da iştirak edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir