manset

Güclü külək Mingəçevirdə ciddi fəsadlar törədib

Küləkli hava şəraiti Mingəçevirdə bəzi fəsadlara səbəb olub.

APA-nın məlumatına görə, yağışla müşayiət olunan külək zamanı ağaclardan biri Vəli Hüseynov küçəsinə düşüb. Avtomobil və piyadaların hərəkətinə müvəqqəti əngəl yaradan ağac həm də yaxınlıqdakı obyektlərdən birinə məxsus kiçikdiametrli qaz xəttini zədələyib.

Digər ərazilərdə də azmiqyaslı oxşar təbiət hadisəsi müşahidə olunub. Hava şəraiti bəzi küçələrdə açılmalara və elektrik enerjisinin verilişində fasilələrə səbəb olub, 20 Yanvar küçəsində fasilə daha uzun vaxt alıb. Bu zaman həmin ərazinin kəsişmələrində, xüsusilə də N.Nərimanov küçəsi ilə təmas hissədə nəqliyyatın hərəkətini tənzimləyən işıqforlar sönüb.

REKLAM

bit.ly

Daha ətraflı

Külək səngidikdən sonra şəhər təsərrüfatında qeydə alınan problemlər aradan qaldırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir