manset

Prezident Əli Nağıyevə ali hərbi rütbə verdi

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyevlə bağlı sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, Əli Nağı oğlu Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.

Xatırladaq ki, iyun ayının 20-də Prezident İlham Əliyev Əli Nağıyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

O, bu vəzifədə Mədət Quliyevi əvəzləyib.

Qeyd edək ki, Ə.Nağıyev Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir