manset

Bağdadda kor xəlifə İmişlidə Rzayevlər

Sharing is caring!

İmişli rayon icra başçısının və aparatın bir neçə işçisinin koronavirusa yoluxması haqqında keçən yazımızda məlumat vermişdik.
XəbərAl.az-ın əldə etdiyi məlumata görə, vaksinlənmə prosessinin həyata keçirilməsi üçün işçilərini qapı-qapı salan icra başçısı Elçin Rzayev sən demə hələ də özü vaksin vurdurmayıb.
İcra başçısının kononavirusa yoluxması hamıdan gizli saxlanılsada mətbuata sızması icra başçısını həddindən artıq əsəbləşdirib.
Beləki, əsəblərinə hakim olmayan başçı xəstəxanada müavini ilə əlbəyaxa olub. Səbəb isə müavinin vaksinasiyaya az adam gətirməsi olub.
Daxil olan digər məlumatda isə bildirilir ki, icra başçısı Elçin Rzayev özünə köməkçi təyin etdiyi doğma qardaşı Şamil Rzayev rayon cammatına qan uddurur. Hətta vəziyyət o həddə çatıb ki, Şamil Rzayev bütün vəzifə səlahiyyətlərini aşaraq qeyri qanuni yolla Bələdiyyələrdən dotasiyanı tam alıb. ( bu barədə daha ətraflı gələn yazımızda ).
Dəfələrlə ölkə başçısı cənab İlham Əliyevin sərt xəbərdarlığına baxmayaraq İmişli rayonunda harınlamış məmur tayfası əhaliyə zülm edir.
XəbərAl az-ın daha bir etibarlı mənbədən əldə etdiyi məlumata görə şəhər icra nümayəndəsi Fuad bəy baxçalarda qaimə, fakturalara hansı yolla qol çəkdirməsi onlara verilməli olan malların verilməməsi, icra başçısının bazarın üstündə müavini Səfa Ağayevlə icrada dalaşması , İmisli rayon icra hakimiyyəti aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mirzə Quliyevin 48 mənzilli yaşayış binası ilə bağlı olan Bakı sərgüzəştləri haqqında daha ətraflı və geniş yazımızı oxucularıməza təqdim edəcəyik.

//Xəbərxetti.com//

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir