manset

Deputat: “Bakı Xəbər” qəzetin baş baş redaktoru jurnalistlər binasından bir ev qızına, bir ev bacısı oğluna, bir ev də qardaşı oğluna veriblər

Sharing is caring!

Millət vəkili Etibar Əliyev  öz “Facebook” səhifəsində “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin Əli Həsənovla yaxınlığı nəticəsində jurnalistlər binasından bir ev qızına, bir ev bacısı oğluna, bir ev isə qardaşı oğluna alması haqqda məlumat yayıb Azerbaycanrealligi.com millət vəkilinin sözü gedən statsun təqdim edir

Ədalətə həmrəylik göstərməyə cəsarəti  çatmayanlar, cinayətə həmrəylik göstərməyə cürət tapdılar… Elçin Mirzəbəyli, Əflatun Amaşov, Müşfiq Ələsgərli və “LAX” tv-nin   yaradıcılarından biri olan Liman Ələşrəfqızının nəzərinə: Jurnalistlərin adı ilə verilən evlərdə yol verilən maxinasiyaların ifşasını davam edirəm. “Bakı xəbər” qəzetini baş redaktoru Aydın Quliyevin Əli Həsənovla yaxınlığından  bir evi qızına, bir evi bacısı oğluna, bir evi də qardaşı oğluna veriblər. Bunların heç biri jurnalist deyil.

Aydın Quliyev
  
Bu adam Vüqar Səfərovun ən yaxın adamı olub. Və mənzil bölgüsündə püşkatmanı elə məqsədli qurublar ki, binada eyni blokda üzbəüz qonşu düşüblər.  Mirzəbəyli, Amaşov, Ələsgərli və Liman xanım! Bunu da deyin. Ləyaqətiniz varsa bunu da deyin. Adını çəkdiyim adamlar! Şair işləyən Mirzəbəyli, jurnalistikanın üz qarası Əlsəgərli və LAXTv nin yaradıcılarından biri olan Liman xanım! Niyə məsələ qaldırmırsınız ki, 100-lərlə belə nahaqdan verilmiş evlərin  birindən imtina edilib  şəhid olmuş jurnalistlərin birinin  ailəsinə verilməsin?  Mirzəbəyli, vətənpərvəlikdən danışırsan, bu sənin neçənci evindir? Ağzına çullu dovşan yerləşmir, heç olmasa divar qəzeti buraxdığına görə sənə verilən evi şəhid ailələrinin birinə bağışla! Əziz doslarım! bunlar bu məsələləri qabartmaqdansa, mənim üstümə gəlirər.

Etibar Əliyev

Məqsəd fırıldaqları gizlətməkdir.. Ədalətdə həmrəylik göstərməyə cəsarəti çatmayanlar, cinayətdə həmrəylik göstərməyə cürət tapdılar…

Davamı olacaq..

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir