manset

Vətənimin, torpağının hər qarışına qurban-Tarzan İsmayılov

Vətənimin, torpağının hər qarışına qurban…

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, Tanrının bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil.

XəbərAl.az xəbər verir ki, söhbət vətənpərvər,xeyriyyəçi, ürəyi hər zaman vətənlə döyünən Ukrayna Xerson vilayətinin,Azərbaycan Diasporunun Gənclər təşkilatının sədri, Ukraynanın fəxri vətəndaşı, əslən Zərdab rayonunun Məmmədqasımlı kəndindən olan Tarzan İsmayılovdan gedir.

Tarzan İsmayılov təkcə Ukraynada deyil habelə Azərbaycanda da xeyriyyəcilik işləri ilə məşğuldur.Vətən müharibəsi başlayan gündən torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə igidliklə döyüşən cəsur əsgərlərimizə dəstək olmaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinə 34.000  min manat məbləğində vəsait yardımlar edib.

Tarzan İsmayılov Qanunla.Az-a açıqlamasında bildirib ki,Azərbaycan Silahlı Qüvvələrinə yardımı  Oleq Andreyeviç Krapivin (Oleq Bakinski) Xerson Ağsaqqalar cəmiyyətinin sədri Ağayev Elman Ağamüslüm oğlu və Xerson cəmiyyətinin dəstəyi ilə həyata keçirdik.Mən dəstəyə görə başda Oleq Krapivin,Ağayev Elman Ağamüslüm oğluna və Xerson cəmiyyətinə  öz təşəkkürlərimi bildirmək istəyirəm.

Rəşadətli Ordumuz 44 gün davam edən Vətən müharibəsində bütün dünyaya təkcə öz gücünü göstərmədi, eyni zamanda erməni ordusu haqqında uydurulan yalançı mifləri alt-üst etdi. Bu haqq savaşında Ali Baş Komandan böyük siyasi iradə nümayiş etdirərək Azərbaycanın qəti və dəyişməz mövqeyini ortaya qoydu. Ordumuzun gücü, qüdrəti sayəsində sonda tarixi qələbənin bizim olacağına hər kəs inandı, güvəndi və bir yumruq kimi birləşərək əsl dövlət-xalq birliyini nümayiş etdirdi. İgid Vətən oğullarının şanlı zəfərlə qayıdacaqları günü hər kəs böyük ruh yüksəkliyi ilə gözlədi. Nəhayət, hərb tariximizə Vətən müharibəsi kimi yazılan savaş noyabrın 10-da böyük Qələbə ilə başa çatdı-deyə Tarzan İsmayılov bildirib.

Bundan başqa Zərdab rayonunda birinci Qarabağ döyüşlərində şəhid olmuş iki şəhidin məzar daşının bərpasında Tarzan İsmayılovun böyük dəstəyi olmuşdur.Vətən müharibəsi döyüşlərində Zərdabdan səkkiz şəhid ailələrinə böyük məbləğdə yardımı olmuşdur.

Təsadüfən deməyiblər, elin gözü tərəzidir. Hər bir insanı öz mühiti, öz toplumu formalaşdır və onun həyatına, fəaliyyətinə ən sərrast qiyməti də məhz öz ətrafı, tanıdıqları, yaşadığı, üzvü olduğu toplum verir. Bu qiymətləndirmədən uğurla keçmək, bu imtahandan alnıaçıq çıxmaq isə hər adamın nəsibi olmur.

Bunun üçün insandan Allahın bəxş etdiyi həyatı doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, başqalarının haqqını tapdalamamaq kimi dəyərlərə ömür boyu sadiq qalmaq tələb olunur.
Xeyriyyəçi Tarzan İsmayılov düz yoldan, doğru inamından, vətəndaş qayəsindən, Allaha, imana, dinə bağlı etiqadından, bir dəfə də olsun sapmayıb, insanlığını, ləyaqətini, mənliyini, kişi qürurunu həmişə, hər yerdə başından uca tutub.

Təkcə təqdim edəcəyimiz videolara baxmaq kifayətdir ki,Tarzan İsmayılovun saysız-hesabsız xeyirxahlıq işini görək:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir