manset

Saatlı Pambıq Zavodunda NƏ BAŞ VERİR – Şücaət müəllim VƏZİFƏSİNDƏN NİYƏ ÇIXARILIB?

Saatlı Pambıq Zavodunda 2015-çi il yanvar ayının 1-dən, 2018-çi ilin noyabr ayının 22-nə kimi insan resursları şöbəsinin rəhbəri işləmiş Şücaət adlı şəxs redaksiyamıza şikayət edərək, başına gələn haqsızlıqlar barədə məlumat verdi. Sikayətci bildirir ki, Saatlı Rayon Pambıq zavodunun direktoru Çingiz Yunis oğlu Gözəlovla Azərbaycan Respublikasının dövlət qurumları və səlahiyyətli şəxsləri bacara bilmirlər.

Belə ki, Çingiz Gözəlov tək Saatlı Pambıq Zavodunu deyil, bütün pambıq zavodlarının müdirlərini və MKT MMC pambıq şirkətinin rəhbəri heyəti sayilan, Cənab Prezidenimizin qarşısında hesabat verərkən Azərbaycanda pambıqçılığın səviyyəsinin Avstriya ilə eyni səviyyədə olduğunu tribunadan ictimaiyətə səsləndirən zaman Cənab Prezidenimizin qəzəbinə tuş gələn Rövşən Həsənovu belə təsir altına salaraq idarə edir. Umumiyyətlə, bir şeir var. ” Səhv düşəndə yerimiz”. Həmin misradan birini sitat gətirmək yerinə düşər. Gunahkar oluruq biz, Səhv düşəndə yerimiz… .

Axı, Rövşən Həsənov hara, pambıqcılıq hara? Maliyyəçi olan Eldar Cəfərov hara, kənd təsərrüfatı hara?

Təhlükəsizlik rəisi MTN xüsusi təyinatli polkovnik Elşən Həsənov hara, bu boyda kənd təsərrüfatı portfelini idarə edib təhlükəsizlik xidmətini təşkil etmək hara?

Rövşən Həsənov bilsəydi ki, Avstriyada “vapşe” pambıq becərilmir, Cənab Prezidenimizin qarşısında deməzdi ki, Azərbaycan Pambıqçılıği Avstriyadan sonra 3-4-cü yerdə durur. Allah ömür versin cənab Prezident İlham Əliyev cənabına, dərhal onun sözünü kəsərək bildirdi ki, Avstriyada pambıq becərilmir. Bundan sonra Rövşən Həsənovun yerinə kim olsa başına bir “paslı padron” vurub intihar edərdi. Cunki el qınağı var.
Nəsə bunun “tipoylugunu” müzakirə etmək fikrim yoxdur.

Eldar Cəfərov uzun illər Bank işlərində işləyib. Texnika Banka isə düzəldikdən sonra Texnika Bank süqut etdi.
Bu faktdır.

Gəldi MKT MMC şirkətinə və adını qeyd etmədiyim önəmli bir şirkətə rəhbər. Həmin önəmli şirkəti də, ağlar günə saldı.

İstəyirdi “AFB Bank”ı da Texnika Bankın gününə sala, Samir Sirinov imkan vermədi. Elsən Həsənovun işi bu olub ged tut gətir.

Elşən Həsənov əməliyyat işini bilmirsə, bu xidmətdən başi çıxmırsa, bu şirkətin Təhlükəsizlik işini necə təşkil edə bilər?

Hərdən görürsən zəif dolanan bir kasıb , 40-50 yasinda qəfil pullanir, bahalı nömrə ilə bahalı nəqliyyat vasitələri idarə edir. Sonra hardansa eşidir ki, ova getmək lazımdır. Mənim dayımın bir dostu bu cür adamlardan biri olub. Bir gün dayıma müraciət edib ki, gəl ova gedək. Mən yaxşı ov edirəm. Dayim gülərək deyib ki, mən səninlə ova getmərəm. Qarsi tərəf bildirib ki, nə üçün? Dayım bildirib ki, yaxşı ovçu olmaq üçün uşaqlıqdan dayının və əminin yanında ov tulasi kimi başlamaq lazım idi. İndi səninlə ova getsəm ya özünü, ya məni vuracaqsan ov əvəzinə.
İndi əziz dostlar bu cütlük, Eldar, Elşən, Rövşən bunlara xüsusi treniq keçmək lazımdır.
Bunlar işi bilmədiyi üçün işi bilən adamlardan asılı olur. İsi bilən pambıq bəyləri də, bunların o boşluğunu tutur və ürəyi istədiyi neqativi, mənimsəməni həll edir.
Nəsə Şücaət müəllimə ilk sualım bu oldu ki, nə üçün işdən çıxmisiniz?
Şücaət müəllim mənim sualıma güldü.
Düşündüm ki, sual yersiz oldu. Uzun müddət bu savadsız, qeyri peşəkarlarla xidmət etdiyim üçün məndə savadsız sual verdim.
Axı Şücaət müəllim kimi savadlı, ədalətli bir kadr rəisi özü öz istəyi ilə işdən cixarmi?
Şücaət müəllim bildirdi ki, mən öz istəyim ilə işdən çıxmamışam, qardaş.
Məni Rövşən, Elşən, Eldar və Çingiz əmək məcəlləsinin 70-çi maddənin “C” bəndi ilə çıxardı.
Sual verim niyə axı, ay Şücaət müəllim?
Bildirdi ki, Saatlı Pambıq Zavodunda baş verən neqativ hallar barədə zavod rəhbərliyinə dəfələrlə müraciət etsəm də, tədbir görmədi , çirkin və neqativ əməllərindən əl çəkmədi, mənimsəmə və saxta sənədləşmə işlərinə davam etdiyi üçün mən üst rəhbərliyə məruzə etdim.
Bundan sonra 70-in “C” bəndi ilə xidmətdən qərəzli şəkildə “vurularaq”, azyaşlı övladlarımla baş başa qaldım.
Şücaət müəllim bildirir ki, son 5-6 ay ərzində zavoda təyin olunan kadr rəisləri 2-3 ay işləyib işdən çıxırlar. Cunki onlar da, Cingizin iqtisadi cinayətinə göz yuma bilmirlər.

Sucaət müəllimə sual verdim ki, axı, bu Çingiz müəllim nə səhvlər edir?
Adam saydı tək-tək.

1) Hər il pambıq qəbulu zamanı sənəd üzərində 150 nəfər xidmətə mövsümü işçi kimi qəbul olunur, ancaq isə 15 nəfər cəlb olunur.

2) Tavravediyev Təhməz və Baş “injiner” Çingiz Gözəlovun sağ əlidir. Butun qeyri-qanuni və qanuni işləri bunlar və bunların isə aldıqları adamlar idarə edir.

3) Müqavilə üzrə kultivasiya işi fakt cəmi bir dəfə aparılmasına baxmayaraq, Çingiz Gözəlov şirkətə 5 dəfə kultivasiya işi görülür deyərək “levi” pullar çəkir.

4) Hər ay zavodda xidmət aparan traktorcuların 250 litr yanacagi artıq qalır. Həmin yanacaq və kultivasiya üçün Baş İdarədən ayrılan pullar Çingiz Gözəlovun hər il şəxsi, yəni özü üçün əkdiyi 250 ha ərazi üçün istifadə olunur.

5) Bir nəsildən nə az, nə cox, düz 18 nəfər Çingiz Gözəlovun göstərişi əsasında xidmətə cəlb olunur. Halbuki konstitusiyanin 7-çi maddəsinə əsasən yaxın qohumlar birlikdə işləyə bilməz. MKT MMC şirkətində də, təlimat var ki, yaxın qohumlar birlikdə eyni müəssisədə işləyə bilməz.
Görünür ki, Çingiz Gözəlov dövlət və şirkət qanunları ilə deyil, öz şəxsi maraqları üçün öz qanunları ilə idarə edir zavodu.

Ardı var.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir