manset

Baş Qərargah rəisinin müavini: “Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır”

Sharing is caring!

“Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır”.

Xeberal.az-nın xəbərinə görə, bunu Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov Silahlı Qüvvələrin Hərbi Akademiyasının və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının növbəti buraxılış mərasimində çıxış edərkən deyib.

O bildirib ki, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində mühüm işlər görülüb.

Baş Qərargah rəisinin müavini qeyd edib ki, ən müasir silah və texnikaların alınması, mütəmadi təlimlərin keçirilməsi Azərbaycan Ordusunun döyüş qabiliyyətini daha da artırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.