manset

Nizam Osmanov: “Ordumuz istənilən döyüş əmrini yerinə yetirməyə hazırdır”

“Bu gün Azərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır”.

APA-nın xəbərinə görə, bunu Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov Silahlı Qüvvələrin Hərbi Akademiyasının və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının növbəti buraxılış mərasimində çıxış edərkən deyib.

N. Osmanov qeyd edib ki, Azərbaycan Ordusu və xalq arasında sarsılmaz birlik var: “Xalq ordumuzu dəstəkləyir, xalq ordunun yanındadır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir