manset

Bakcell gənclərin karyera və məşğulluq imkanlarını artırır…FOTOLAR

Sharing is caring!

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi, UNEC-in təşkilatçılığı ilə “Gənclər üçün Əmək Yarmarkası – 2019” tədbirinə qatılıb.

Çoxsaylı tələbə, magistr və məzunların, dövlət qurumları, yerli və xarici şirkətlərin iştirak etdiyi əmək yarmarkasının əsas məqsədi Azərbaycan gənclərinin məşğulluğunun təmin edilməsinə dəstək göstərməkdir.

Əmək yarmarkası zamanı gənclərə Bakcell şirkətində mövcud olan vakansiya və təcrübə imkanları barədə ətraflı məlumat verilib və potensial namizədlərlə müsahibələr keçirilib.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından olan Bakcell şirkəti gənclərin təhsilinin və karyerasının inkişafına mütəmadi olaraq dəstək göstərir. Şirkət mütəmadi olaraq müxtəlif təhsil müəssisələri, dövlət qurumları və digər təşkilatlar tərəfindən təşkil olunan karyera sərgilərində fəal iştirak edir. Müsahibədən uğurla keçən gənclər ölkənin ən böyük və ən innovativ şirkətlərindən birində iş və ya təcrübə imkanı qazanır.

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir