manset

Eşitmə məhdudiyyətli gənclərin məşqləri yekunlaşır

Sharing is caring!

“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 01.05.2019-cu il tarixindən “Azərbaycan Respublikasının Dövlət Himninin işarət dilində hazırlanması və təqdimatı” layihəsnin icrasına başlayıb.

Bu barədə Sosialxəbər.az-a layihə rəhbəri Cəmilə Çingizqızı bildirib. Onun sözlərinə görə, hal-hazırda layihəyə cəlb olunan surdo-tərcüməçi, gənclərlə son məşq prosesini yekunlaşdırmaq üzrədir. Məşqlərdə iştirak edən eşitmə məhdudiyyətli gənclər , Azərbaycan Respublikasının Dövlət Himnini çox qürurla ifa edirlər. Eşitmə məhdudiyyəti olan bu gənclərin ifa etdikləri Himn, inanırıq ki, hərkəs tərəfindən çox maraqla qarşılanacaq.

Layihəmiz ugürla davam edir. 09.06.2019 cu il tarixindən artıq rejissor qrupu çəklişlərə start verəcək. Çəklişlər Qobustan tarixi qoruğu, Dağüstu park və Atəşgah da olacaq. Layihə sonu və Himnin təqdimat mərasimi iyul ayının son həftəsinə planlaşdırılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir