manset

Azərbaycan diaspor rəhbəri Rusiya Prezidentinin Fəxri fərmanına layiq görülüb

Sharing is caring!

Rusiyanın Krasnoyarsk diyarının Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri, Krasnoyarsk şəhər Deputatları Şurasının deputatı Taleh Mahmudov Rusiya Prezidentinin Fəxri fərmanı ilə təltif olunub.
XəbərAl.az  xəbər verir ki, bu barədə Sərəncam “Rəsmi hüquqi informasiya portalı”nda yerləşdirilib.
Sərəncamda deyilir ki, Krasnoyarsk diyarı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri, “Bionika” bərpa terapiyası klinikası” MMC-nin direktorlar şurasının sədri Taleh Mahmudov qazandığı nailiyyətlərə, ictimai işdə fəallığına və uzun illər vicdanlı əməyinə görə Rusiya Federasiyası Prezidentinin Fəxri fərmanı ilə təltif olunur.
Taleh Mahmudov Azərbaycanın Ağsu rayonunda anadan olub. Krasnoyarsk Dövlət İnşaat Mühəndisləri İnstitutunun məzunudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir