manset

Dağlıq Qarabağı rusların işğal etdiyinin daha bir sübutu tapıldı…FOTO

Sharing is caring!

1988-ci ildən bəri keçmiş SSRİ və 1991-ci ilin sonundan bu yana Rusiya ordusu və “QRU”, “KQB” kimi xüsusi xidmət və kəşfiyyat qurumlarının Qarabağda erməni separatçılığının baş qaldırmasında və sonradan hərbi əməliyyatlarda ermənilərin üstünlük qazanaraq torpaqlarımızın daha 20 faizini işğal etməsindəki rolu haqda özümüz çox danışırıq, yazırıq. Ancaq nə Rusiya dövləti özü bunu etiraf edir, nə də beynəlxalq təşkilatlar və Qərb dövlətləri bu faktı ciddi şəkildə təsdiqləyirlər…

 

XəbərAl.az xəbər verirki, Moderator.az məhz Rusiya mediasına istinadla sözügedən faktı təsdiqləyən bir foto-görüntü əldə edib. Maraqlıdır ki, bu foto elə erməni bloger tərəfindən çəkilib. Bu, üzərinə rus dilində “Artsaxın azadlığı uğrunda vuruşmuş rus qardaşlarımıza. Eşq olsun. 1992-1994” yazılmış qəbir daşının görüntüsüdür. Həmin abidənin fotosunu Rusiyadan gəlib Ermənistandan Azərbaycan ərazisinə daxil olmaqla, Kəlbəcərin görməli yerlərindən keçməklə Şuşaya gələn erməni bloger tərəfindən çəkilib. Qəbir daşının üzərində İsa peyğəmbərin əksi də var…

Düzdür, Qarabağ savaşı zamanı Azərbaycanda yaşayan digər millətlərin nümayəndələri kimi işğalçılaraq qarşı gerçəkdən, ürəkdən savaşaraq həlak olmuş rus əsgər və zabitlər də olub. Eləcə də müəyyən uğurlu əməliyyatlarda əsasən pul, içki, qiymətli hədiyyə hesabına bəzi keçmiş sovet komandirləri bizlərə də yardım ediblər. Amma ermənilərə daha ciddi, Rusiya dövləti səviyyəsində dəstək verildiyindən onlar sonda torpaqlarımızı işğal edə biliblər və məhz buna görə də Şuşada gəbərən rus hərbçilərə abidə qoyublar…

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir