manset

Sabunçu doğum evini Mehriban Abbasquliyeva bazara çevirib-Şok İddia

Sharing is caring!

Ötən gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Doğum Evinin əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 2 nömrəli Doğum Evinin əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılsın. Bu dövlət başçısının səhiyyə sisteminə olan diqqət və qayğısının daha bir bariz nümunəsidir. Əslində isə həmin səhiyyə ocağı korrupsiya girdabında boğulmaqdadır. Ümidvarıq ki, təmirdən sonra 2 nömrəli Doğum Evinə layiqli bir baş həkim təyin olunar.
Səhiyyə sistemində ən acınacaqlı hallardan biri də doğum evləri ilə bağlıdır. XəbərAl.az xəbər verir ki,vəziyyətin kritik həddə çatdığı səhiyyə ocaqlarından biri də paytaxtın Sabunçu rayonu ərazisində yerləşən 2 nömrəli Doğum Evidir. Burda baş verən özbaşınalıqlar və baş həkim Mehriban Abbasquliyevanın vəzifəsindən başqa məqsədləri üçün istifadə etməsi barədə mətbuatda dəfələrlə yazılıb.
Mətləbə keçməmişdən öncə qeyd edək ki, Mehriban Abbasquliyeva həm də Yeni Azərbaycan Partiyasının (YAP) Sabunçu rayon təşkilatının sədridir. Məlumatlara görə Mehriban Abbasquliyevanın qılıncının arxası də kəsir, qabağı da: “Baş həkim YAP-ın Sabunçu rayon təşkilatının sədri olmasından necə lazımdırsa istifadə edir. Bu adamın arxasında kim dayanıb bilmirəm, amma özündən çox arxayındır. Sabunçu rayonunda əsas söz sahiblərindən biridir2 nömrəli Doğum Evi bərbad haldadır, işçilər baş həkimin fəaliyyətindən qətiyyən razı deyil. Səhiyyə Nazirliyinin komissiyaları əvvəllər doğum evində mövcud olan nöqsanları görürdü. Son dövrlər doğum evinin fəaliyyətini yoxlamağa gələn nazirlik rəsmiləri baş həkimin otağında oturub müəyyən söhbətlər edəndən sonra çıxıb gedirlər”.
Sözügedən tibb müəsisəsində baş verənlərlə bağlı danışan mənbənin sözlərinə görə xəstəlik tarixçələri cırılır2 nömrəli Doğum Evi dövlətin balansında olduğuna görə xəstəlik tarixçələrini Səhiyyə Nazirliyi verməlidir, amma Sabunçu rayon 2 nömrəli Doğum Evinin rəhbəri isə guya onları özü çap etdirir. Səhiyyə müəssisəsinin özünün mətbəəsi var, xəstəlik tarixçələrinin çapı üçün hər ay bütün işçilərdən 18-20 manat arası pul yığılır: “Səhiyyə Nazirliyi 2 nömrəli Doğum Evinə mütəmadi olaraq sabun, yuyucu toz, karandaş, pozan və digər dəftərxana ləvazimatları göndərir. Ancaq bunların heç biri doğum evinin işləri üçün, yəni təyinatı üzrə istifadə olunmur. Həmin avadanlıqların hansı marketlərə getdiyi bilinmir”. Mənbənin bildirdiyinə görə, müxtəlif neqativ işlərlə məşğul olan baş həkim əldə etdiyi gəlirlər hesabına özünə biznes qurub: “Onun Sabunçu rayonu ərazisində pərdə, uşaq geyimləri, ofis ləvazimatları və məişət əşyaları satılan dükanları var. Mehriban xanım Sabunçu rayonundan kənara çıxmır. YAP-ın rayon təşkilatının sədri olduğundan bütün biznes işlərini Sabunçu ərazisində qurub. Heç kim ona “gözün üstə qaşın var” deyə bilmir.
Mehriban Abasquliyeva xəstəxanaya şəxsi biznesi kimi nəzarət edir. Belə ki, ana olmaq istəyən qadınlar birbaşa ya özləri, yada yaxınları Mehriban xanımın qəbulunda olmalıdır. Danışıqlar müsbət nəticələnəcəyi təqdirdə xəstəyə təcili yardım göstərilir. Bu günlərdə 2 nömrəli Doğum Evində övlad dünyaya gətirən qadın bir daha ana olmaq istəmədiyini bildirir. Onun dediyinə görə, Mehriban xanımın tələbləri olduqca yüksək səviyyədədir. Elə bu səbəbdən orada yatan xəstələr mütləq imkanlı olmalıdır. Əks təqdirdə müraciət edən xəstələr acı hallarla qarşılaşır. Digər bir məlumatda isə bildirilir ki, baş həkimin müavini Xanımqız Paşayevanın rolu pul yığmaqdan ibarətdir. Maraqlısı budur ki, 2 nömrəli Doğum Evində açılan “bazar” Səhiyyə Nazirliyi tərəfindən təbbi qarşılanır. Sanki doğum evləri gəlirli obiyekt kimi istifadəyə verilib. Bir daha nəzərinizə çatdıraq ki, 2 nömrəli Doğum Evi Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1987-ci ildə tikilib və istifadəyə verilmişdir. Doğum evi fəaliyyətə başladığı gündən qadınlara doğuşayardım xidməti göstərməlidir. Lakin təəsüflər olsun ki, 120 çarpayıdan ibarət olan xəstəxanada böyük narazılıqlar yaranıb.
Bu yaxınlarda sosial şəbəkədə kütləvi yayılan video görüntülərin subutu onu deməyə əsas verir ki, Mehriban Abasquliyevanın rəhbərlik etdiyi 2 nömrəli Doğum Evində heç bir qanun işləmir. Vətəndaşların yaydıqları videoda açıq-aydın görünür ki, ilk növbədə xəstələri mülayim şəkildə qəbul edənlər daha sonra rüşvətin pik həddini sınaqdan keçirməkdədirlər. Belə ki, paylaşılan video kadrlarda xəstələrə bağlı qapı arxasında göstərilən xidmətdən dərhal sonra, xidmət haqqı tələb edilməkdədirlər. Qadınların övladının cinsiyyətinin deyilməsi nazirlik tərəfindən qadağa edilməsinə baxmayaraq rüşvət qarşılığında, yüksək xidmət adı altında qanunu tapdamaq 2 nömrəli Doğum Evinin əməkdaşları üçün adı hal hesab edilməkdədir. ”Pul ver, uşağın cinsiyyətini deyim” deyərkən gün ərzində yüksək məbləğlər toplanmaqdadır. Maraqlıdır ki, Səhiyyə Nazirliyi yayılan görüntülərə münasibət bildirməyib…
Yazıda adları keçən şəxslərin də mövqelərini dərc etməyə hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir