Xeberal.az xəbər saytının baş redaktoru Mirismayil Xələfli meyxanaçı Aydın Xırdalanlının vəfatı ilə bağlı sosial şəbəkədə “Narkoman öldüsə, bir it öldü” paylaşmına Azerbaycanrealligi.com saytına yazdığı statusla bağlı münasibətini bildirib. Baş redaktor qeyd edir ki, sosial şəbəkələrdə trolluqla məşğul olan bəzi insanlar(əgər insan demək olarsa) yazının məğzini anlamamış şəxsi maraqlarını ortaya qoyublar, söyüş və təhqirlərə başlayıblar. “Mən heç vaxt kimisə təhqir etməmişəm. Ən əsası da rəhmətə gedəni. Bu mənim tərbiyəmdən uzaq bir şeydir. Mən narkomaniyanın yaratdığı fəsatdan yazmışam. Yazmamışam ki, Aydın pis adam idi və ya pis şair idi. Hamımıza məlumdur ki, meyxanaçı Aydın Xırdalanlı hansı xəstəliyə yoluxdu və sonu necə oldu. Ola bilər Aydın gözəl sənətkar idi, savadlı idi, amma narkomaniya onu hansı vəziyyətə saldı? Biz niyə Aydına sağ vaxtı kömək edə bilmədik? Harda idik? İndi ayıldıq? Cabir Novruz yaxşı deyib, “Sağlığında qiymət verin insanlara.” Mən narkomaniyanı təhqir etmişəm, Aydını yox. Ola bilər Aydın gözəl sənətkar idi, amma yoluxduğu virus xəstəliyi onu bizdən aldı. Bunun üçün biz narkomaniyanın qarşısını almaq üçün dövlətimizə dəstək olmalıyıq ki, gələcəkdə bu fəsadlar bizi gözləməsin. Yazımı düzgün analiz edin, şəxsi prinsipləri qoyun kənara. Allah Aydına rəhmət etsin, yerində qalanlara can sağlığı versin. Çalışaq ki, övladlarımızı vaxtında narkomaniyadan qoruyaq. Narkomaniya əsrin bəlasına çevrilməməli. Biz hamılıqla bu virusa qarşı mübarizə aparmalıyıq,” – deyə jurnalist sonda qeyd edib.
Oxşar Xəbərlər
Prezident: “İstisu qəsəbəsinin inkişafı ilə bağlı konkret addımlar atılır”
“İstisu qəsəbəsinin inkişafı ilə bağlı artıq konkret addımlar atılır. İlk növbədə, yeni su zavodunun tikintisi nəzərdə tutulur. Bu gün mən bu su zavodunun təməlini qoydum”. AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimindəki çıxışında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, vaxtilə məşhur olan İstisu suyu yenidən […]
İran Azərbaycandakı əməliyyatçılarına yüz minlərlə avro ödəyib – FOTO
İranın “Black Rewards” haker qrupu İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının Azərbaycandakı iranlı əməliyyatçılara ödənişlərilə bağlı məlumatların yer aldığı daxili sənədlərini yayıb. Bu barədə “AZfront” “Telegram” kanalı məlumat yayıb. Bunlar adıçəkilən qurumun rəsmi blankında Məhəmməd Fəth Əliyə (xarici işlər nazirinin maliyyə və inzibati işlər üzrə müavini) ünvanlanmış məktublardır. Sənədlərdə iranlı əməliyyatçıların müxtəlif ölkələrdəki hesablarına yüz minlərlə avronun […]
Azərbaycan Ordusunun hərbi hissələrində çörəkbişirmə sexləri yaradılır
Müdafiə Nazirliyinin hərbi hissələri üçün yeni inşa edilən yeməkxanalarda şəxsi heyətə isti çörəyin və müxtəlif çeşiddə şirniyyat məmulatlarının hazırlanması məqsədilə çörəkbişirmə sexləri yaradılır. Bu barədə “Report”un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, həmin sexlərdə tələbata uyğun olaraq isti çörək və şirniyyat məmulatları, müxtəlif çeşidli bulkalar və s. bişirilərək şəxsi heyətin qidalanmasına daxil […]