Xeberal.az xəbər saytının baş redaktoru Mirismayil Xələfli meyxanaçı Aydın Xırdalanlının vəfatı ilə bağlı sosial şəbəkədə “Narkoman öldüsə, bir it öldü” paylaşmına Azerbaycanrealligi.com saytına yazdığı statusla bağlı münasibətini bildirib. Baş redaktor qeyd edir ki, sosial şəbəkələrdə trolluqla məşğul olan bəzi insanlar(əgər insan demək olarsa) yazının məğzini anlamamış şəxsi maraqlarını ortaya qoyublar, söyüş və təhqirlərə başlayıblar. “Mən heç vaxt kimisə təhqir etməmişəm. Ən əsası da rəhmətə gedəni. Bu mənim tərbiyəmdən uzaq bir şeydir. Mən narkomaniyanın yaratdığı fəsatdan yazmışam. Yazmamışam ki, Aydın pis adam idi və ya pis şair idi. Hamımıza məlumdur ki, meyxanaçı Aydın Xırdalanlı hansı xəstəliyə yoluxdu və sonu necə oldu. Ola bilər Aydın gözəl sənətkar idi, savadlı idi, amma narkomaniya onu hansı vəziyyətə saldı? Biz niyə Aydına sağ vaxtı kömək edə bilmədik? Harda idik? İndi ayıldıq? Cabir Novruz yaxşı deyib, “Sağlığında qiymət verin insanlara.” Mən narkomaniyanı təhqir etmişəm, Aydını yox. Ola bilər Aydın gözəl sənətkar idi, amma yoluxduğu virus xəstəliyi onu bizdən aldı. Bunun üçün biz narkomaniyanın qarşısını almaq üçün dövlətimizə dəstək olmalıyıq ki, gələcəkdə bu fəsadlar bizi gözləməsin. Yazımı düzgün analiz edin, şəxsi prinsipləri qoyun kənara. Allah Aydına rəhmət etsin, yerində qalanlara can sağlığı versin. Çalışaq ki, övladlarımızı vaxtında narkomaniyadan qoruyaq. Narkomaniya əsrin bəlasına çevrilməməli. Biz hamılıqla bu virusa qarşı mübarizə aparmalıyıq,” – deyə jurnalist sonda qeyd edib.
Oxşar Xəbərlər
Zaur Sadıqbəyli: “Fransa “impotent vasitəçi”yə çevrilib – PARİSDƏN MÜSAHİBƏ
Dünən, noyabrın 16-da Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili Julien Leşi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Fransa Senatının noyabrın 15-də qəbul etdiyi anti-Azərbaycan qətnaməsi ilə bağlı etiraz notası təqdim olunub. Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi və Parlamenti Fransanın qətnaməsini qınayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da kəskin çıxış edərək, Fransa Senatının qərarını “qalmaqallı” adlandırıb. […]
Naxçıvan Dövlət Yol Polisi qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Naxçıvan Dövlət Yol Polisi qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib. Naxçıvan MR Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Dövlət Yol Polisi İdarəsi muxtar respublika ərazisində qarlı hava şəraiti ilə əlaqədar sürücülərə meydana gələ biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması üçün ehtiyatlı olmağı, meteoroloji şəraitə uyğun sürət həddi seçməyi, piyadalara qarşı diqqətli olmağı, […]
Daha bir vəzifəli şəxs həbs olundu
Ölkəmizdə həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək qanun pozuntuları törədilməsi hallarına qarşı prokurorluq orqanlarının mübarizə tədbirləri davam etdirilir. Mingəçevir şəhər Prokurorluğundan verilən məlumata görə, həmin tədbirlərdən biri kimi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin (DƏDRX) 17 saylı Yevlax Ərazi İdarəsinin baş mühəndisi Rövşən İsmayılovun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında […]