manset Sosial

Azərbaycanda gəminin 19 heyət üzvü koronavirusa yoluxdu

Sharing is caring!

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Qurban Abbasov” kran-montaj gəmisinin 19 heyət üzvünün COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Xəbəral.az xəbər verir ki, Xəzər dənizində neft buruqlarının tikintisi üzrə ixtisaslaşmış gəmidə işçilərin bəzilərinin bədəninin temperaturu yüksəlib və bundan sonra bütün heyət üzvlərindən koronavirus üçün yaxma nümunələri götürülüb.

Məlum olub ki, 35 heyət üzvündən 19-u koronavirusa yoluxub.

Xəstələr Bakı Atletlər Kəndində müalicəyə cəlb olunublar.

Vəziyyəti nisbətən ağır olan dənizçilər isə Cəlilabad və Astara Rayon Mərkəzi Xəstəxanalarına göndəriliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir