manset

Türkdilli ölkələrin jurnalistləri Türkiyəyə səfər edib – FOTO + VİDEO

Sharing is caring!

Qardaş Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə türkdilli ölkələrdən olan jurnalistlərin qardaş ölkəyə növbəti səfəri rallaşıb.

Xəbəral.az-ın məlumatına görə, “Yeni Gundemin Türkiyədə olan əməkdaşı xəbər verir ki, media nümayəndələri İstanbul, Sakarya və Bolu şəhərlərinə səfər edib.Səfər 29 may-1 iyun tarixlərini əhatə edib.Jurnalistlərin səfərinin ilk günü İstanbulun fəthinin 570-ci il dönümünə təsadüf edib.

Səfərin ilk günü türkdilli ölkələrdən olan jurnalistlər İstanbul bir sıra tarixi yerləri ziyarət edib ki, onlardan da biri Sultan Əhməd Məscidi olub.

Qeyd edək ki, Sultan Əhməd Məscidi 1609-1617-ci illər arasında Osmanlı Sultanı I Əhməd tərəfindən İstanbuldakı tarixi yarımadada Memar Sedefkar Mehmed Ağa tərəfindən tikilib. Göy, yaşıl və ağ İznik qaşıları ilə bəzədildiyi, yarım günbəzləri və böyük günbəzinin içi əllə çəkilmiş əl işləri ilə bəzədildiyi üçün avropalılar tərəfindən “Göy məscid” adlandırılıb. 1935-ci ildə Ayasofyanın məsciddən muzeyə çevrilməsinən sonra Sultan Əhməd İstanbulun əsas məscidinə çevirilib.

Sultan Əhməd külliyəsiylə birlikdə İstanbulun ən böyük tarixi abidələrindən biridir. Bu kompleks məscid, mədrəsələr, sultanköşkü, arasta, mağazalar, türk hamamı, fəvvarələr, türbə, xəstəxana, ibtidai məktəb, imarətxana və kirayə otaqlarındanibarətdir. Bu tikililərin bəziləri günümüzə qədər gəlib çatmayıb. Binanın memarlıq və sənət baxımından ən diqqət çəkən cəhəti 20.000-dən çox İznik çini ilə bəzədilməsidir. Bu kirəmitlərin bəzəklərində sarı və mavi tonlarda ənənəvi bitki motivlərindən istifadə edilib ki, bu da binanın sadəcə bir ibadət yeri olmadığını göstərir. Hündürlüyü 43 metr olan mərkəzi günbəzin diametri 23,5 metrdir. Məscidin içərisi 200-dən çox rəngli şüşə ilə işıqlandırılıb. Yazılarını DiyarbəkirliSeyyid Kasım Qubari yazıb. Ətrafdakı tikililərlə kompleks təşkil edir və Sultan Əhməd Türkiyənin altı minarəli ilk məscididir. Sultan Əhməd məscidi Türkiyədə 6 minarəli 5 məsciddən biridir. Digər 4-ü İstanbuldakı Çamlıca Məscidi, İstanbul Arnavutköydəki Taşoluk Yeni Məscidi, Adanadakı Sabancı Məscidi və Mersindəki Muğdat Məscididir.Minarələrin sayı bəlli olanda sultanı təkəbbürdə ittiham ediblər, çünki o dövrdə Məkkədəki Kəbədə də 6 minarə var idi. Sultan Məkkədə (Məscid-Haram) yeddinci minarəni tikdirməklə bu problemi həll edib.

Jurnalistələr səfər çərçivəsində həmçin Qalata qalası, İstanbul Modern Sanat Muzeyi, Bəyoğlu və başqa yerlərdə olub.

Təbriz

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir