Cəmiyyət manset

Nəsimi rayonunda Ramazan bayramı münasibətilə sosial aksiya keçirilib-FOTO

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən müqəddəs Ramazan bayramı münasibətilə növbəti sosial aksiya həyata keçirilib.
Aksiya çərçivəsində rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən rayonun müxtəlif ünvanlarında yaşayan sosial müdafiəyə ehtiyacı olan 500-dən artıq ailə ziyarət edilib və onlara gündəlik tələbatları üçün lazım olan ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb.
Rayon sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və müqəddəs  Ramazan bayramı ərəfəsində onlara verilən sosial dəstəyə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir