Cəmiyyət manset

Şəhid anaları hər zaman İlham Əliyev siyasətini dəstəkləyirlər

Sharing is caring!

Şəhid anaları hər zaman İlham Əliyev siyasətini dəstəkləyirlər.

Bu gün ölkəmizdə hərtərəfli və geniş miqyaslı islahatlar aparılır. Qətiyyətlə demək olar ki, müstəqillik əldə etdiyimiz illər ərzində miqyasına görə bu səviyyədə heç bir islahat aparılmamışdır. Hamımıza məlumdur ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın inkişaf və tərəqqi strateqiyası bu gün möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əldə olunmuş nailiyyətlərin qazanılmasında Azərbaycan Respublikasının birinci Vitse-prezidenti, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır.

Bütün dünyanı bürümüş koronavirus (covid-19) pandemiyası dövründə də bir daha sübut olundu ki, ölkəmizin inkişaf strategiyası düzgün qurulmuşdur. Möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən aparılan dövlət siyasətinin prioteti Azərbaycan vətəndaşıdır.

Pandemiya dövründə dövlətimiz tərəfindən atılan bütün addımlar ümumdünyaa Səhiyyə təşkilatı, digər beynəlxalq təşkilatlar və inkişaf etmiş xarici ölkələr tərəfindən bəyənilərək dəstəklənmişdir. Görülən tədbirlərin nəticəsində pandemiya ölkəmizdə geniş yayıla bilməmişdir.

Koronavirusu gözə görünməz bir düşmənlə müqayisə etmək olar. Dünyanı təlatümə gətirən bu virusa qarşı mübarizə zamanı vətəndaşlarımız prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşdilər. Bu dövrdə prezidentlə xalqın birliyi bir daha sübüt olundu.

Həmişə olduğu kimi bu dönəmdədə Möhtərəm Prezidentimiz şəhid ailələrinin, əlillərin, veteranların, aztəminatlı ailələri tənha və kimsəsizlərin yanında olaraq onların bütün qayğılarının həlli üçün üçün aidiyyatı qurumlara öz tapşırıqlarını verdi.

Belə bir çətin zamanda Mehriban xanım Əliyevanın da xidmətlərini xüsusi qeyd etmək lazımdır. Dövlətimiz tərəfindən bütün yardımların edilməsinə baxmayaraq Heydər Əliyev Fondu tərəfindən edilən yardımlar da hər bir Azərbaycan vətəndaşı tərəfindən xüsusi rəğbətlə qarşılanır.

Bütün dünyanı təlatümə gətirən pandemiya dövründə ölkəmizdə aparılan islahatları da uğurla davam etdirilir. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin qətiyyəti sayəsində korrupsiyaya qarşı ciddi və məqsədyönlü mübarizə aparılır. Etiraf etmək lazımdır ki, korropsiyaya bulaşmış məmurların işdən çıxarılaraq həbs olunması hər bir Azərbaycan vətəndaşının ürəyincədir. İnanıram ki, bu siyasət prezidentimiz tərəfindən uğurla davam etdirəcəkdir.

May ayının 4-də Qoşulmama hərakatının sədri kimi prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən videokonfrans bir şəhid anası kimi məndə fəxr hissi doğurdu. Videokonfrans zamanı bir daha əmin oldum ki, Azərbaycanımız koronavirusla mübarizəyə görə müsbət nəticələrə gətirib çıxaran təcrübəyə malikdir. Ölkəmizin təcrübəsinin Qoşulmama hərəkatı dövlətləri tərəfindən bəyənilməsi və bu təcrübədən öz dövlətlərində istifadə edəcəkləri barədə dedikləri hər bir Azərbaycan vətəndaşının ürəyincə oldu.

Bir şəhid anası kimi inanıram ki, möhtərəm prezidentimiz cənab İlham Əliyev müstəqil Azərbaycanı yeni-yeni uğurlara aparacaqdır. Qeyd etməyi özümə borc bilirəm ki, biz şəhid ailələri həmişə İlham Əliyevin ətrafında olacağıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir