manset Sosial

Süleyman Mikayılovla bağlı ŞOK FAKTLAT YAYILDI

Sharing is caring!

Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayilova qeyri-rəsmi aid olan Qaradağ çınqıl karxanası rəsmi olaraq rayon sakini, SAHİL QƏSƏBƏSİ, EMİN QULİYEV PR, ev 50, m. 14 ünvanında qeydiyyatda olan PƏRVİN MƏHYƏTDİN AĞASOLTAN oğlunun adına rəsmiləşdirilib. Karxana “QARADAĞ ÇINQIL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ adı ilə 2016-cı ildə 1101435531 saylı VÖEN nömrəsi ilə qeydiyyatdan keçib.
Xəbəral.az xəbər verir ki,bu məlunatı jurnalist Cavanşir Həsənli facebook da mövcud olan səhifəsində paylaşəb.C.Həsənlinin paylaşdığı məlumatda daha sonra deyilir:
Məsələnin daha maraqlı tərəfi, “QARADAĞ ÇINQIL” MC-nin rəsmi sahibi Pərvin Məhyətdin Ağasoltan oğlunun adına 2018-ci ilin noyabrın 1-dən 2020-ci ilin noyabrın 1-dək ünvanlı sosial yardım təyin olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən və Qaradağ rayon icra hakimiyyətindən “təkzib” gözləyirəm. Ümid edirəm, Qaradağda belə bir karxana fəaliyyət göstərmədiyini, belə bir adam yaşamadığını və belə bir şirkət olmadığını iddia etməyəcəklər.
Süleyman Mikayılovun Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərini şəxsi biznesinə yönəltməsi, Avropada – qulağımın dibində şirkət açması da bir ayrı mövzudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir