Cəmiyyət manset

(Nəsimi Rayon İcra Hakimiyyətindən təkzib)

Sharing is caring!

(Nəsimi Rayon İcra Hakimiyyətindən təkzib)

Son vaxtlar bəzi saytlarda, o cümlədən Hökm.az İnformasiya Portalında dəqiqləşdirilməmiş məlumatlara söykənərək Nəsimi rayonunda görülən işlərə kölgə salmaq məqsədilə ayrı-ayrı maraqlara xidmət edən qərəzli və həqiqətə uyğun olmayan materialların dərc edilməsi ilə əlaqədar öz təəssüfümüzü bildiririk.

Qeyd edirik ki, Nəsimi rayonu ərazisində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarını rəhbər tutaraq abadlıq-quruculuq və yenidənqurma işlərinin aparılması, xüsusilə yaşıllıqların qorunması, yeni yaşıllıq zolaqlarının salınması istiqamətində ciddi və əsaslı işlər görülmüşdür və hazırda da bu proses davam etdirilir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Hərəyə bir ağac əkək” və Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın “Bizim həyət” layihələri çərçivəsində rayon ərazisində çoxşaxəli tədbirlər həyata keçirilir və görülən bu işlər daim sakinlər tərəfindən rəğbətlə qarşılanır.

Nəsimi Rayon İcra Hakimiyyəti mövcud yaşıllıqların mühafizəsi, yeni yaşıllıqların salınması ilə əlaqədar öz səlahiyyətləri daxilində müvafiq işləri davam etdirir və yaşıllıqlarla bağlı hər hansı neqativ hala qarşıdır və buna hər zaman öz mənfi münasibətini bildirir.

Bununla əlaqədar Hökm.az İnformasiya Portalında yaşıllıqlarla bağlı rayon İcra Hakimiyyətinin ünvanına edilən qeydləri əsassız hesab edir, maraqlar üzərində qurulan məlumatlara söykəndiyini bir daha bildirir və təkzib edirik.

Eyni zamanda bildiririk ki, 23 aprel 2020-ci il tarixdə “Meydan” TV-də şəhərin “Kubinka” adlanan ərazisində yaşayan sakinlərin narazılığı barədə yayımlanan süjet Nəsimi rayonunun inzibati ərazisinə aid deyildir.

Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının

İctimai-siyasi və humanitar məsələlər şöbəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir