manset Təhsil

Dərslər nə zaman başlayacaq? – Nazir açıqladı

Sharing is caring!

Təhsil naziri Ceyhun Bayramov tədrisin başlanacağı tarix barədə danışıb.

XəbərAl.az xəbər verir ki, nazir AzTV-nin “Hədəf” verilişinə müsahibəsində bu mövzunun həm Təhsil Nazirliyində, həm də təhsil sistemində çalışanların ən böyük arzusu olduğunu deyib.

Nazir bildirib ki, təhsil sistemində tədrisin bərpa olunması 2 milyon insanın gündəlik hərəkəti deməkdir:

“Bir çox hallarda nəqliyyatdan istifadə etmək var. Bu gün ölkədə sanitar-epidemioloji vəziyyət tam nəzarət altındadır. Nazirlər Kabineti yanında Operativ Qərargah bütün məsələləri və riskləri nəzərə alaraq ölçüb-biçilmiş formada sanitar-epidemioloji vəziyyətdən asılı olaraq qərar qəbul edəcək”.

C.Bayramov hesab edir ki, bu həftə ərzində tədrisin dayanması müddətinin uzadılması barədə qərar qəbul edilsə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, ölkədə martın 3-dən etibarən tədris dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir