Cəmiyyət manset

”Biz Birlikdə Güclüyük” xeyriyyə aksiyyası çərçıvəsində Zərdabda daha 13 aztəminatlı ailələrə ərzaq paylanıldı-FOTO

Sharing is caring!

Koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla Zərdab rayonunda “Biz Birlikdə Güclüyük” xeyriyyə aksiyası çərçivəsində aztəminatlı ailələrə ərzaq yardımları davam edir.

Qanunla.az-ın məlumatına görə,”Biz Birlikdə Güclüyük” xeyriyyə aksiyasının iştirakçıları aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə yardım aksiyasına növbəti töhfəsini verib.
Aksiya iştirakçıları tərəfindən 13 ailəyə baş çəkilib, onlara gündəlik qida məhsullarından ibarət 17 çeşitdə ərzaq məhsulları və hər ailəyə 1 kq ət sovqatı paylanılıb, ailələrlə profilaktik söhbətlər aparılıb, onlara xüsusi karantin rejimi dövründə evdə qalmaları tövsiyə edilib.Bu günə kimi, yardım aksiyası çərçivəsində rayonda 69 aztəminatlı ailəyə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.
Ailələr isə öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə ”Biz Birlikdə Güclüyük” kollektivinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan olunmuş xüsusi rejim müddətində insanların fərdi evlərindən və mənzillərindən çıxışı xüsusi qaydalarla tənzimlənir.









Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir