Cəmiyyət manset

”BUTA” İctimai Birliyi aztəminatlı ailələrə ərzaq yardımı etdilər-VİDEO

Sharing is caring!

”BUTA” xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək ictimai birliyi aztəminatlı ailələrə ərzaq və digər zəruri tələbat məhsulları təqdim edib.

XəbərAl.az xəbər verir ki,sovqatları qəbul edən aztəminatlı ailələr nəcib təşəbbüsə görə xeyriyyə aksiyasının iştirakçılarına xoş arzularını ifadə ediblər.Həmçinin, vətəndaşlarla görüşdə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl olunması, zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyi vurğulanıb.

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan olunmuş xüsusi rejim müddətində insanların fərdi evlərindən və mənzillərindən çıxışı xüsusi qaydalarla tənzimlənir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.