Cəmiyyət manset

Zərdabda ”Biz Birlikdə Güclüyük”xeyriyyə aksiyası çərçivəsində daha 8 aztəminatlı ailəyə yardım edilib-FOTO

Sharing is caring!

Koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan olunmuş xüsusi rejim müddətində insanların fərdi evlərindən və mənzillərindən çıxışı xüsusi qaydalarla tənzimlənməkdədir.

Qanunla.az xəbər verir ki, Cənab Prezident İlham Əliyevin “Biz Birlikdə Güclüyük” şüarına dəstək olaraq, Zərdabda başladılan “Biz Birlikdə Güclüyük”xeyriyyə aksiyasının çərçivəsində həyata keçirilən xeyriyyə aksiya iştirakçıları bu gün daha 8 (səkkiz) aztəminatlı ailələrə və karantin rejimində olan yaşı 65-dən yuxarı bu kateqoriyadan olan tənha insanlara qayğı göstərilməsi istiqamətində növbəti xeyriyyə aksiyası həyata keçiriblər.
Yardım aksiyası çərçivəsində ümumilikdə 56 aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb. Sovqatları qəbul edən vətəndaşlar bu nəcib aksiyaya görə ölkə rəhbərliyinə və xeyriyyə aksiya iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki,”Biz Birlikdə Güclüyük” xeyriyə aksiyası çərçivəsində həyata keçirilən xeyriyyə aksiyası karantin rejimində ehtiyacı olanlara maddi və mənəvi cəhətdən dəstək olmaq məqsədi daşıyır.





Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.