manset Siyasət

Lerik sakinləri: Bizim seçimimiz Babək Hüseyinovdur

Vətənpərvərlik, dövlətə-dövlətçiliyə xidmət etmək, mehribançılıq, insanlarla səmimi ünsiyyət, xüsusi bacarıq və qabiliyyəti məncə insanın genindən, əsil-kökündən gəlməlidir.
Bu sadalanan keyfiyyətlərin hər biri, 78 saylı Lerik rayon seçki dairəsindən Milli Məclisə keçiriləcək seçkilərdə deputadlığa namizəd Babək Hüseynovda cəmlənir. Babək Hüseynov 1973-cü il Dekabrın 21 Azərbaycanın Dilbər guşələrindən olan Lerik rayon Pirasora kəndində, Hacı Meyxos kişinin ailəsində dünyaya gəlib. Atası Hacı Meyxos kişi Lerik rayonunda, o cümlədən Respublika miqyasında sayılıb- seçilən, zəhmətkeş, ağsaqqallarından olub. Hacı Meyxos kişi rayonda Ulu Öndər Heydər Əliyevin sadiq silahdaşlarından, onun siyasi kursunu dəstəkliyənlərdən biri olmuşdur. Babək Hüseynovun xasiyyətcə atası Hacı Meyxos kişiyə bənzərliyi çoxdur.

Keçək əsas mətləbə: Babək Hüseynov xalqına-millətinə bağlı və ən əsası Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün qurub yaratdığı uğurlu siyasəti dəstəkləyən, daima vətən üçün canını verməyə hazır olan dəyərli bir vətən övladıdır. Babək Hüseynov hər zaman doğulub boya-başa çatdığı Lerik rayonunda insanların problemləri ilə maraqlanan onların xeyir və şərlərində yanlarında olan bir insandır. Bir sözlə Babək Hüseynov bəzi, Deputadlığa namizədlər kimi hər Milli Məcilisə seçkilər ərəfəsində Lerikin problemləri ilə maraqlanan və şəkil çəkdirib paylaşıb şou yaradan insanlardan deyil. Babək Hüseynov hər bir an ona müraciət edən Leriklinin yanında imkanları daxilində maddi və mənəvi ola bilən bir ziyalıdır. Məhz onu bu günki, gündə Deputadlığa namizədliyini irəli sürməyə vadar edən də , Deputat Seçilib camaatının Milli Məcilisdə problemlərini tez-tez qabartmağa sövq edən də elə qeyrətli Lerik sakinləridir. Lerikin adlı sanlı ziyalıları Babək Hüseynovu yaxın gələcəkdə Millət Vəkili görmək arzusundadır. İnsanlar inanırlar ki, Əgər Babək müəllim seçilərsə Lerik əhalisi ilə sıx təmasda olacaq , insanların səsinə səs verəcək, onların çətinlikləri ilə şəxsən özü maraqlanacaqdır. Lerik Ziyalıları ilə söhbətdə bildirdilər ki: “Biz hamımız ürəkdən inanırıq ki, 9 Fevral 2020 cil də Milli Məcilisə keçiriləcək seçkidə Babək Hüseynov Lerik əhalisinin səslərinin çox hissəsini toplayıb deputad kimi rayonunu Milli Məcilis də layiqincə təmsil edəcək, ənənəvi Deputat imicini dəyişəcək, Cənab Prezident İlham Əliyev cənablarının hər zaman çıxışlarında qeyd etdiyi kimi bir Millət vəkili olacaqdır. Ona görə ki, Babək Hüseynov tək seçki kampaniyası dönəmində deyil, qarlı, şaxtalı, gediş gəlişi çətin olan ucqar Lerik kəndələrində ona müraciət edənlərin köməyinə çatıb. Babək müəllim həm də doğma Lerikimizin, Cənab prezident İlham Əliyevin prespektivli və məhsuldar siyasətini dəstəkləyən, bir vətən sevər ziyalısıdır. Lerik rayonunda olduğumuz müddətdə insanların dediklərinin bir daha şahidi olduq. Babək Hüseynov qarlı, şaxtalı günlərdə belə seciciləri ilə görüşə böyük sevinc və həvəslə gedirdi. Həmcinin Rayon əhalisi də öz namizədinin görüşünə böyük inam və rəğbət hissi gəlirdi. Kənd əhalisi Babək müəllimi kəndlərinin girişində qarşılayır, onun gəlişinin şərəfinə qurbanlar kəsərək Ulu öndəri Heydər Əliyev və Cənab prezidentimiz İlham Əliyev haqqında müxtəlif şüarlar səsləndirirdilər. Kənd ağsaqqal və ziyalıları çıxış edərək Babək Hüseynov və ailəsi haqqında xoş sözlər demişlər: “Rayonumuzun Babək oğlu, millətinə, xalqına ürəkdən bağlı olan, çox vətənpərvər bir insandır. Atası Hacı Meyxos kişidə sayılıb, seçilən el ağsaqqalı idi. O hər zaman Ulu öndər Heydər Əliyevi dəstəkləmiş, onun siyasi kursunu cavanlara, o cümlədən övladlarına aşılamışdır. Bildirmək istəyirəmki bu gün lerik xalqı artıq öz seçimini etmişdir. Lerik seçicilərinin namizədi Ulu Öndərin sadiq silahdaşının oğlu Babək Meyxos oğlu Hüseynovdur” deyə bildirmişlər.
Beləliklə bu gün Leriklilər Babək Hüseynovu seçir!
Bu seçim zəhmətkeş, qonaqpərvər, qeyrətli Lerikliləri işıqlı sabaha aparacaq