Hadisə manset

Sabiq icra başçısı Qoca Səmədov da həbs edildi

Bu günlərdə vəzifədən uzaqlaşdırılan Yevlax rayonunun icra başçısı Qoca Səmədov da həbs edildi. XəbərAl.az-a daxil olan məlumata görə, sabiq icra başçıs Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanıb.

İcra başçısı postunda olarkən adı ciddi qanun pozuntuları və rüşvət faktlarında hallanan Qoca Səmədovun hazırda DTX-da saxlandığı bildirilir. Sabiq başçının fəliyyəti ətrafında axtarış və araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Q.Səmədov 2011-ilin fevral ayından 2019-cu ilin noyabr ayına kimi Yevlax rayon İcra başçısı vəzifəsində işləyib.

Prezident İlham Əliyevin sərəncamı ilə Qoca Səmədov bu ilin 31 oktyabr tarixində Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

2019-cu il Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.