manset Təhsil

Zərdab Rayon Təhsil Şöbəsinə yeni müdir təyin edildi : Əməkdar müəllim Gülağa İsgəndərov kimdir? (DOSYE)

Sharing is caring!

Zərdab Rayon Təhsil Şöbəsinə yeni müdir təyin edilib. 
 Avropa.info istinadən xəbər verir ki, Azərbaycan Respublikası Təhsil naziri Ceyhun Bayramovun sərəncamı ilə Gəlmə kənd tam orta məktəbin direktoru,əməkdar müəllim Gülağa İsgəndərov Zərdab Rayon Təhsil Şöbəsinin müdiri təyin olunub.
Qeyd edək ki, Gülağa İsgəndərov rayonun ən qabaqçıl təhsil işçilərindən sayılır. Əmək fəaliyyətinə Hüseyinxanlı kənd məktəbində başlayan Gülağa İsgəndərov, sonradan Salahlı kənd məktəbi və Gəlmə kənd  tam orta məktəbinində derektor vəzifələrində çalışıb.
Bu illər ərzində onun rəhbərlik etdiyi məktəblərdən 100-lə şagir ölkənin müxtəlif ali məktəblərinə qəbul olunub. Gülağa İsgəndərovun rəhbəlik etdiyi Gəlmə kənd tam orta məktəbi respublika səvəyyəsində keçirilən müxtəlif yarışların qalibi olub. Onun təhsil sahəsində göstərdiyi xidmətlər ölkə başçısı İlham Əliyev tərəfindən də qiymətləndirilib.
Prezident İlham Əliyevin sərəncamı ilə Gülağa Mirzağa oğlu İsgəndərov əməkdar müəllim adı ilə təltif olunub.
2015-ci ildə AZərbaycanda keçirilən parlament seçkilərində isə Gülağa İsgəndərovun Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülüb.
2019-cu ildə isə Gülağa İsgəndərovun təhsil sahəsindəki təcrübəsi və göstərdiyi xidmətlər nəzərə alınaraq, Təhsil naziri Ceyhun Bayramov tərəfindən Zərdab Rayon Təhsil Şöbəsinin müdiri təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir