XəbərAl.az xəbər verir ki,Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə Dövlət Regional Kollecində “Məişət zəminində baş verən zorakılıqlara susmayaq” adlı layihəsi çərçivəsində tədbir keçirilmişdir. Tədbirdə 200-dən çox müəllim və tələbələr iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Gəncə Dövlət Regional Kollecinin rəhbərliyi məişət zorakılığının geniş vüsət alması və bu sahədə maarifləndirilmə işinin aparılmasını önəmli olmasını vurğulayaraq, “Məişət zəminində baş verən zorakılıqlara susmayaq” adlı layihəsinin Gəncə şəhərində və əsasən tələbələr arasında keçirilməsinin vacibliyini qeyd etmişdir. Sonra “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva məişət zorakılığının cəmiyyət üçün sosial bəlaya çevrilməsi və bunun qarşısının alınması istiqamətində tədbirlərin həyata keçirilməsinin zəruriliyini diqqətə çatdırmışdır. Daha sonra layihə üzrə təlimçi-ekspert, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədov məişət zorakılığının yaranma səbəbləri, məişət zorakılığı üzrə yaranmış nəzəriyyələr, məişət zorakılığının qarşısının alınması istiqamətində dövlətin apardığı islahatlar, məişət zorakılığı barədə daxili və beynəlxalq qanunvericilik və eləcə də təcrübə barədə məruzə oxumuşdur. Layihə çərçivəsində hazırlanmış “Hər qaranlığı işıq qovar” adlı sənədli film Gəncə Dövlət Regional Kollecində nümayiş etdirilmişdir. Sənədli film məişət zorakılığı faktları və onların cəmiyyət üçün zərərli nəticələri barədə geniş və faydalı informasiya verməklə bərabər, məişət zorakılığının qarşısının alınması istiqamətində aparılmış araşdırmalar barədə məlumatlara yer vermişdir. Sənədli filmin təqdimatından sonra tədbir Gəncə Dövlət Regional Kollecinin tələbələri ilə geniş müzakirələrin aparılması ilə davam etdirilmişdir.
Oxşar Xəbərlər
Azərbaycan XİN Kubanı Azadlıq Günü münasibətilə təbrik edib – FOTO
Azərbaycan Xarici İşlər Nazirliyi milli bayram – Azadlıq Günü münasibətilə Kuba Respublikasına təbrik ünvanlayıb. Bununla bağlı qurum özünün “X” sosial şəbəkə hesabından paylaşım edib. “Milli bayramları münasibətilə Kubanı və xalqını təbrik edirik”, – deyə təbrik ismarışında bildirilir. We congratulate Cuba and its people on their #NationalDay! Happy National Day, Cuba! 🇦🇿🇨🇺@CubaMINREX pic.twitter.com/djmzyn6BhZ — MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) January 1, […]
“Çalıquşu”nun “Fəridə”si necə formada qalmasından danışdı – FOTO
“Çalıquşu” filmində Fəridə obrazı ilə yaddaşlara həkk olan türkiyəli aktrisa Aydan Şener şəxsi həyatı ilə bağlı bilinməyən məqamları səmimi şəkildə bölüşüb. 59 yaşlı məşhur necə gözəl qalmasından danışıb: “Özünüzə diqqət yetirmək və çəkiyə diqqət yetirmək çox vacibdir. Yediklərimə çox diqqət edirəm. Üzə xaricdən vurulan şeylərə inanmıram, dəri daxildən qidalanır. Yuxuya fikir verirəm. sas odur, insanın içində fitnə-fəsad olmasın. […]
Laçında SOCAR brendli yanacaqdoldurma stansiyası istifadəyə verilib
İşğaldan azad edilən ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinə dəstək məqsədilə “SOCAR Petroleum” QSC Laçın şəhərində SOCAR brendli yeni yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verib. Bu barədə “SOCAR Petroleum” məlumat yayıb. Bildirilib ki, modul tipli YDS Laçın-Şuşa yolundan istifadə edən avtonəqliyyat vasitələri üçün nəzərdə tutulub. “Aİ-92” markalı benzin və dizel tipli yanacaq məhsullarının satışının həyata keçiriləcəyi stansiyada 2 yanacaqpaylayıcı […]